Prayk
Aqronom (Şimal regionu üzrə) — Digər, Xaçmaz
Anlaşmalı

Aqronom (Şimal regionu üzrə)

Kontrol edildi2 gün önce
Şehir
Xaçmaz
Kategori
Diğer
Tarih
Görüntülenme
8
Numara
№5187852

Açıklama

-İllik aqrotexniki planın icrasına nəzarət etmək;-Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;-Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);-Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;-Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;-Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq;-Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;-Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;-Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;-Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;-Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;-Baş aqronomun verdiyi digər tapşırıqların icrası. Tələblər: Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;Aqronom vəzifəsində 2 il iş təcrübəsi;Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir;Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Vakansiya növü: Tam ştat Şirkət: "Agrarco" MMC Yer: Xaçmaz, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/agrarco/agrarco-aqronom-simal-regionu-uzre-23634751/apply
REKLAM