Prayk

Aqrotexniki xidmətlər üzrə mütəxəssis

1 340 ₼
Kontrol edildiDün
Şehir
Bakı
Tarih
Görüntülenme
5
Numara
№5292582

Açıklama

Əsas vəzifə və öhdəliklər: Kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və digər asılan-qoşulan aqreqatlar) adlarını, texniki göstəricilərini, iş prinsiplərini, istismar qaydalarını, onların mexanizm-qovşaq və ehtiyat hissələrini bilməli; Texnikalar üzrə sistemə daxil edilən mədaxil, məxaric, yerdəyişmə, təchizat, satış mərkəzlərinə və vətəndaşlara geri qaytarma sənədləri hazırlamalı və  onlara nəzarət etməli; Təchizat və satış mərkəzlərindən buraxılmış texnikanın mütəmadi olaraq qeydiyyatının aparılmasına, aktlar üzrə məlumatların elektron sistemə daxil edilməsinə nəzarət etməli və qalıq sənədlərini çıxarmalı; Texnikalara və texnoloji avadanlıqlara istismar telimatlarına uyğun vaxtında texniki qulluq göstərilməsini istismarçılardan tələb etməli; Texnikalarda ilkin texniki baxış və diaqnostika işlərini aparmalı, müvafiq akt tərtib etməli; Şöbənin funksiyalarının həyata keçilirilməsi üçün zəruri olan digər vəzifələri yerinə yetirməli. Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil (mühəndis-mexanik ixtisası üzrə, aqrar sahə). Müvafiq sahə üzrə təcrübə müddəti minimum 2-3 il  iş təcrübəsi. Ezamiyyələrdə iştirak etmək imkanı. Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır. Məsuliyyətlilik, operativlik, ünsiyyət bacarığı. İş qrafiki və əmək haqqı: Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. Əmək haqqı 1340 AZN (Gross) Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərsiniz. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/202186/aqrotexniki-xidmetler-uzre-mutexessis
REKLAM