Prayk
Art Direktor — Dizayn
Anlaşmalı

Art Direktor

Kontrol edildiBugün
KategoriTasarım

№6363778·Görüntülenme: 6

Açıklama

Supertoys MMC komandamıza Art Direktor axtarırıq! Marketinq fəaliyyətinin kreativ və vizual istiqamətinə rəhbərlik edəcək, ideyaların yaradılmasından onların vizual konseptə çevrilməsinə və reallaşdırılmasına qədər bütün prosesləri idarə edəcək, yaradıcı düşüncəyə, estetik zövqə və güclü idarəetmə bacarıqlarına malik mütəxəssis axtarırıq. Əsas vəzifə öhdəlikləri Kreativ və vizual kontent fəaliyyətinin planlaşdırılması və idarə olunması; Kreativ və kontent komandasının fəaliyyətinin koordinasiyası; Brendin marketinq və kreativ kommunikasiya strategiyasının hazırlanmasında iştirak və vizual icrasına nəzarət; Reklam kampaniyaları, mövsümi layihələr və xüsusi marketinq aktivlikləri üçün kreativ ideyaların və vizual konseptlərin hazırlanmasına rəhbərlik etmək; Sosial media və digər kommunikasiya kanalları üçün vizual kontent strategiyasının və aylıq planların hazırlanmasını təmin etmək; Foto və video çəkilişlərin konseptlərinin hazırlanması, təşkili və icrasına nəzarət etmək; Kreativ ideyaların vizual və mətn formatında düzgün reallaşdırılmasını təmin etmək; Reklam və kampaniya materiallarının keyfiyyətinə, brend üslubuna və kommunikasiya standartlarına nəzarət etmək; Komanda üzvləri arasında iş bölgüsünü aparmaq, tapşırıqların icrasını və nəticələrini qiymətləndirmək; Rəqib şirkətlərin marketinq fəaliyyətini, bazar tendensiyalarını və yeni kreativ yanaşmaları izləmək; Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək və mütəmadi hesabatlar hazırlamaq. Namizədə tələblər Art Direksiya, qrafik dizayn, marketinq və ya kreativ kommunikasiya sahəsində minimum 3 il iş təcrübəsi; Kreativ və dizayn komandalarının idarə edilməsi üzrə təcrübə; Güclü kreativ düşüncə, vizual zövq və fərqli ideyalar yaratmaq bacarığı; Sosial media, rəqəmsal marketinq və kontent istehsalı proseslərini yaxşı bilmək; Foto və video istehsalı prosesləri haqqında anlayış; Reklam mətnləri, vizual konseptlər və kreativ layihələrlə işləmək bacarığı; Güclü kommunikasiya, təşkilatçılıq və liderlik bacarıqları; Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək bacarığı. İş şəraiti İş qrafiki: Tam iş günü; 6 günlük iş rejimi; AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat; Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. Mövzu hissəsində “Art Direktor”qeyd edərək CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Son müraciət tarixi: 25.12.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Supertoys jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM