Təxmini boyu:
Saxsısız 30-35 sm arası, şəraitdən asılı olaraq daha da böyüyə bilər.
İşıq sevərliyi:
Orta və dolayı işıq şəraitini sevir. Birbaşa güclü günəş şüalarından qorunmalıdır.
Gübrə və dərmanlar:
Yazdan payıza qədər ayda 1 dəfə balanslı maye gübrə (20-20-20)
Zərərvericilərə qarşı insektisidlər
Göbələk xəstəliklərinə qarşı fungisidlər lazım olduqda tətbiq edilir
Suvarılma qaydası:
Torpaq daim nəmli saxlanmalıdır, lakin suyun durğunluğundan qaçınılmalıdır.
Torpaq üstü azca quruduqda sulamaq lazımdır.
Qışda suvarma azaldılır.
Faydası:
Havanın rütubətini artırır və təmizləyir.
Ev və ofis mühitində sakitləşdirici təsir göstərir.
Dekorativ və yüngül görünüşü ilə məkana estetik qatır.