
Bakı4
Avtomobil satışı üzrə menecer
Avtomobil satışı üzrə menecer
Anlaşmalı
Kontrol edildi1 hafta önce
Açıklama
Əsas vəzifələr:
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil modellərini təqdim etmək;
Avtomobillərin texniki xüsusiyyətləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək;
Müştərilər üçün avtomobil təqdimatlarını və test sürüşlərini təşkil etmək;
Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək;
Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və müraciətlərin təqibini aparmaq;
Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Müştəri məlumatlarını və satış prosesini müvafiq sistemdə düzgün qeyd etmək;
Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək;
Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq.
Namizədə tələblər:
Avtomobil satışı sahəsində iş təcrübəsi və praktiki satış bacarığı;
Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə məlumatlı olmaq;
İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı;
Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq;
Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Sürücülük vəsiqəsinin olması.
Peşəkarlıq tələbləri:
Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
Müştərini dinləmək və inandırmaq bacarığı;
Təqdimat bacarığı;
Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;
Digər məlumatlar:
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
Ezamiyyə imkanları (zəruri hallarda)
6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00; Şənbə: 09:00-15:00
Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196054/avtomobil-satisi-uzre-menecer
REKLAM













