Prayk

B2B Sales Manager

2 500 ₼
Kontrol edildiDün
Şehir
Bakı
Kategori
Satış
Tarih
Görüntülenme
5
Numara
№5336496

Açıklama

Vakansiya: B2B Satış Meneceri Şirkət: Formula Drive MMC İş yeri: Bakı İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan–18:00-dək İş formatı: Ofis + sahə işi Formula Drive MMC avtomobil mühərrik yağları və sürtkü materiallarının satışı və distribusiyası ilə məşğul olan inkişaf edən şirkətdir. Hazırda B2B satış istiqaməti üzrə komandamızı formalaşdırırıq və aktiv, nəticəyönümlü satış meneceri axtarırıq. Bu vəzifə yalnız ofisdə oturub gələn sifarişləri qəbul etməkdən ibarət deyil. Əsas məqsəd yeni müştərilərin tapılması, mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi və uzunmüddətli satış münasibətlərinin qurulmasıdır. Əməkhaqqı və bonus sistemi Əməkhaqqı sabit hissə + satış komissiyası formasındadır. Sabit maaş hissəsi yüksək nəzərdə tutulmayıb. Bu vəzifədə əsas gəlir satış nəticələrindən formalaşır. Satış komissiyası faktiki ödənilmiş satışlardan 5% təşkil edir və komissiya üzrə heç bir yuxarı limit yoxdur. 10 000 AZN satış → 500 AZN komissiya 20 000 AZN satış → 1 000 AZN komissiya 30 000 AZN satış → 1 500 AZN komissiya Satış artdıqca əməkdaşın qazancı da birbaşa artır. Bundan əlavə, şirkət tərəfindən əməkdaşın şəxsi avtomobilinin iş məqsədləri üçün ayrıca icarəyə götürülməsi variantı da nəzərdən keçirilə bilər. Bu halda avtomobil üçün ayrıca aylıq ödəniş mümkündür. İlkin mərhələ və təlim İşə başlamazdan əvvəl məhsullar, satış sistemi və iş prosesi üzrə təlim keçiriləcək. İlk 1–2 həftə həm namizədin işi və şirkəti yaxından tanıması, həm də şirkətin namizədin uyğunluğunu qiymətləndirməsi üçün nəzərdə tutulur. Motor yağları üzrə əvvəlcədən dərin texniki bilik tələb olunmur. Əsas olan satış bacarığı, aktivlik, öyrənmək istəyi və nəticə əldə etmək motivasiyasıdır. Əgər siz aktiv satışdan çəkinmirsinizsə, yeni müştərilər tapmağı sevirsinizsə və qazancınızın birbaşa nəticələrinizdən asılı olmasını istəyirsinizsə, müraciətinizi gözləyirik. Satış sahəsində minimum 1 il iş təcrübəsi; B2B satış təcrübəsi üstünlükdür; Avtomobil, motor yağları, ehtiyat hissələri, distribusiya və ya FMCG sahəsində təcrübə üstünlükdür, lakin məcburi deyil; Azərbaycan dilində sərbəst danışıq; Rus dili arzuolunandır; Güclü kommunikasiya və danışıq aparmaq bacarığı; Aktiv və nəticəyönümlü yanaşma; Yeni müştərilərin axtarışından çəkinməmək; Müstəqil işləmək və iş gününü planlaşdırmaq bacarığı; Sahə işinə və müştəriləri mütəmadi ziyarət etməyə hazır olmaq; Şəxsi avtomobilin olması vacibdir. Yeni B2B müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi; Mövcud müştəri bazası ilə işləmək və satışları inkişaf etdirmək; Avtoservislər, STO-lar, yağdəyişmə məntəqələri, avtomobil mağazaları, avtoparklar və korporativ müştərilərlə əməkdaşlıq qurmaq; Müştərilərə məhsulların və kommersiya təkliflərinin təqdim olunması; Soyuq zənglər və birbaşa görüşlər vasitəsilə yeni müştərilərin tapılması; Müştəri görüşlərinin keçirilməsi və satış prosesinin idarə olunması; Mövcud müştərilər üzrə təkrar satışların artırılması; Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun məhsulların təklif edilməsi; Satış, görüş və follow-up məlumatlarının şirkətin sistemində qeyd olunması; Satış planları və KPI-lar üzrə işləmək; Bazar və rəqiblərlə bağlı məlumatların rəhbərliyə təqdim olunması; Müştəri ödənişlərinin izlənilməsi və debitor borcları üzrə əlaqənin saxlanılması. Əmək haqqı: 850-2500 AZN

İlanın kaynağı

Orijinal ilanı aç

© Formula Drive MMC azjob.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp