Prayk

B2B Satış təmsilçisi

700 ₼
Kontrol edildi1 ay önce
Şehir
Bakı
Kategori
Satış
Tarih
Görüntülenme
6
Numara
№2345272

Açıklama

Vakansiya: B2B Satış Meneceri Şirkət: FEB Group İş rejimi: Hibrid (Ofis və sahə görüşləri) Yerləşmə: Bakı FEB Group komandasına B2B seqmentində aktiv satış bacarığına güvənən, portfeli böyütməyə həvəsli və nəticəyönümlü B2B Satış Meneceri axtarılır. Təminatlar və İş Şəraiti Əməkhaqqı: Sabit maaş + satışdan yüksək bonus/faiz sistemi (müsahibə əsasında təyin olunur). Qrafik: 10:00 - 19:00 Korporativ nömrə və nəqliyyat/yanacaq xərclərinin qarşılanması. Karyera inkişafı və peşəkar mühitdə təcrübə qazanmaq imkanı. Müraciət qaydası: Uyğun namizədlər CV-lərini mövzu hissəsində "B2B Satış Meneceri" qeyd edərək [email protected] ünvanına göndərə bilərlər. Tələblər: B2B satış sahəsində minimum 1 il təcrübə (HORECA və ya istehsalat məhsullarının satışı üzrə təcrübə üstünlükdür). Səlis nitq, təqdimat və inandırma bacarığı. Aktiv dinləmə və müştəri ehtiyacını düzgün təhlil etmə qabiliyyəti. Sahədə dinamik işləmək və rut planlaması apara bilmək vərdişi. B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması arzuolunandır. Vəzifə öhdəlikləri: Potensial korporativ müştəriləri (HORECA və digər B2B tərəfdaşlar) müəyyən etmək və yeni əməkdaşlıqlar qurmaq. Təyin olunmuş marşrut (rut) üzrə və öncədən planlaşdırılmış görüşləri həyata keçirmək. Şirkətin məhsullarını peşəkar şəkildə təqdim etmək, müştəri ehtiyaclarını analiz edərək uyğun təkliflər hazırlamaq. Danışıqlar aparmaq, qiymət təklifləri və müqavilə şərtlərini razılaşdırmaq. Mövcud müştəri bazası ilə mütəmadi əlaqə saxlayaraq təkrar sifarişləri təmin etmək. Görüşlərin gedişatı və satış nəticələri barədə rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək. Maaş: 700-1200 AZN Yaş: 25-40 Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

İlanın kaynağı

Orijinal ilanı aç

© Febgroup boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp