Prayk

Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi

3 500 ₼
Kontrol edildiDün
Tarih
Görüntülenme
3
Numara
№4807818

Açıklama

Avropa və Türk mətbəxi · Fəvvarələr meydanında yeni All-day kafe Biz kimik Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef axtarırıq. Sizi nə gözləyir Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼; Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz; Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş; Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan; Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi; Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun. İş öhdəlikləri Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək; Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək; Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər; Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək; Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək; Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək; Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək; Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək. Tələblər Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə üstünlükdür); Liderlik, ünsiyyət və komandada işləmək bacarığı; Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq; Azərbaycan vətəndaşlığı. ​​​​​​​​​​​​​​İş şərtləri Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge + bonuslar); 6 günlük iş qrafiki; İş saatları görüşdə müzakirə olunur; Tam rəsmi əmək müqaviləsi. Necə müraciət etmək olar CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: «Chef — Fəvvarələr meydanı». Yeməklərinizin şəkillərini (portfolio) əlavə etsəniz, müraciətiniz daha tez nəzərdən keçiriləcək. Uyğun namizədlərlə qısa müddətdə əlaqə saxlanılır. Bütün müraciətlər məxfi saxlanılır. Maaş: 3500 AZN Son müraciət tarixi: 18.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/fountains-square-restaurants-bas-aspaz-turkiye-avropa-metbexi-154108
REKLAM