
3
Baş mühasib

Anlaşmalı
Baş mühasib
Kontrol edildiBugün
Tarih
Görüntülenme3
Numara№4904076
Açıklama
"Planeta İKŞ" peşəkar komandamıza maliyyə-mühasibat proseslərini tam idarə edəcək, dəqiq və məsuliyyətli Baş mühasib dəvət edir.
Əsas vəzifə öhdəlikləri
Uçotun idarə edilməsi: Müəssisənin mühasibat və vergi uçotunun AR Vergi Məcəlləsinə və MHBS / NKAUS (Milli Muhasibat Uçotu Standartları) normalarına uyğun sıfırdan qurulması, aparılması və bərpası;
Hesabatlılıq: Dövlət orqanlarına (ƏDV, Mənfəət, Ödəmə mənbəyi, Əmlak, Torpaq, Məşğulluq və Statistika) rüblük və illik bəyannamələrin vaxtında hazırlanıb təqdim edilməsi;
Maliyyə Nəzarəti: Bank və kassa əməliyyatlarına, e-qaimələrin yazılmasına/yoxlanılmasına, debitor-kreditor borclarının (uzlaşma aktları üzrə) gündəlik monitorinqinə nəzarət;
Kadr və Əməkhaqqı: İşçilərin əməkhaqqı, məzuniyyət, xəstəlik və son haqq-hesablarının (ƏMAS portalı üzrə inteqrasiya ilə) hesablanmasının təmin edilməsi;
Rəhbərliyə Hesabat: Aylıq və illik daxili maliyyə hesabatlarının (Mənfəət və Zərər / P&L/MZ, Pul Vəsaitlərinin Hərəkəti / Cash Flow, Balans) rəhbərliyə təqdim edilməsi;
Auditing və Yoxlamalar: Vergi və daxili audit yoxlamaları zamanı şirkətin maraqlarının təmsil olunması;
Komandanın İdarə Edilməsi: Mühasibatlıq şöbəsinin işçilərinin (kiçik mühasib, operator) fəaliyyətinin koordinasiyası və tapşırıqların bölünməsi.
Namizədə olan tələblər
Təhsil: Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə (üstünlüklə tikinti, istehsalat və ya ticarət daxilində) ən azı 3–5 il Baş mühasib iş təcrübəsi;
Sertifikasiya: Peşəkar Mühasib Sertifikatı (PMS1 və PMS2) və ya (ACCA)
Proqram bilikləri:
1C 8.3 (ERP)– mükəmməl praktiki bilik;
MS Excel – yüksək səviyyədə (VLOOKUP, Pivot Table, mürəkkəb düsturlarla işləmə bacarığı);
E-gov portalları – e-taxes.gov.az, e-sosial.gov.az, e-customs və Internet Banking ilə sərbəst işləmək;
Qanunvericilik: AR Vergi Məcəlləsi və Əmək Məcəlləsini mükəmməl bilmək;
Liderlik və Analitika: Komandanı idarəetmə, analitik düşünmə, böyük həcmli məlumatlarla operativ işləmə, diqqətlilik, məsuliyyət və ünsiyyət bacarıqları.
İş şəraiti
İş yeri: Bakı şəhəri
Şirkət: Planeta İKŞ
İş qrafiki: I – V günlər (09:00 – 18:00) / VI gün (qısaldılmış iş günü / ehtiyaca əsasən)
Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında (rəqabətədavamlı) təyin olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Baş mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 20.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/planeta-istehsal-kommersiya-sirketi-bas-muhasib-154315
REKLAM










