Prayk
Baş Mühasib — Maliyyə
Anlaşmalı

Baş Mühasib

Kontrol edildiBugün
Kategori
Finans
Tarih
Görüntülenme
6
Numara
№5508153

Açıklama

İş barədə məsuliyyətlər: Vergi, mühasibat uçotu, DSMF və Statistika hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi; Bütün növ maliyyə hesabatlarının tərtib olunması; Mühasibatlıq şöbəsinin işinin təşkili və komandanın idarə edilməsi; İstehsal sahəsində mühasibat uçotunun düzgün qurulması, maya dəyərinin hesablanması və xərclərə nəzarət edilməsi; Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotunun aparılması, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibatlıqda vaxtında əks etdirilməsini təmin etmək; Əsas vəsaitlərin uçotunun aparılması, müəyyən edilmiş müddətlərdə inventarizasiyada iştirak və nəzarət edilməsi; Daxili mühasibatlıq sistemində köçürmələrin idarə olunması; Təchizatçılar və müştərilərlə yazışmaların aparılması, vaxtında təsdiqedici sənədlərin əldə edilməsi/təqdim olunması; Əməkhaqqı hesablanması və müvafiq əməliyyatların düzgün və vaxtında icra edilməsi; İş prosesində məlumatların məxfiliyinin qorunması. Namizədə olan tələblər: Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Yaş həddi: 28 – 50 yaş; Təcrübə: Baş mühasib və ya müvafiq sahə üzrə 5il iş təcrübəsi (istehsal sahəsində iş təcrübəsi mütləqdir); Sertifikatlar: Müvafiq sahə üzrə peşəkar sertifikatların olması mütləqdir (Məsələn: Peşəkar Mühasib Sertifikatı - PMS, DipIFR, ACCA və ya digər beynəlxalq/yerli maliyyə sertifikatları); Proqram bilikləri: 1C, Excel və Elektron Hökumət Portalı ilə sərbəst işləmək bacarığı, Microsoft Office proqramları; Qanunvericilik bilikləri: Vergi və əmək qanunvericiliyinin əsasları; Peşəkar bacarıqlar: Balansın çıxarılması, mal-materialların uçotunun aparılması, analitik təhlil, istehsal xərclərinin uçotu və komandanı idarə etmək bacarığı; Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (mükəmməl), ingilis dili bilikləri arzuolunandır. İş şəraiti: İş yeri: Bakı şəhəri, Binəqədi yolu 100 İş qrafiki: Həftə içi 6 gün Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və təcrübəsinə uyğun olaraq təyin ediləcək); Nahar ilə təmin olunma; Korporativ mobil nömrə; Rahat və stabil iş mühiti. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə mütləq “Baş Mühasib” yazaraq göndərmələri xahiş olunur. Əlaqə nömrəsi: 055-293-13-39 Son müraciət tarixi: 02.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/xirman-bas-muhasib-155247
REKLAM