Bütün bədən üçün vasitə - dərini yaxşı təmizləyir, onu çox yumşaldır, sellülitlə mübarizədə kömək edir, dırnaqları möhkəmləndirir, güclü antiseptik təsirə malikdir - dəri üzərindəki sızanaq kimi çixintıları aradan qaldırır, ağardıcı təsirə malikdir. Bədən üçün duz kremli teksturaya malikdir — duz kristalları efir yağları və bitki ekstraktları ilə qarışdırılıb. Təmizləyici xüsusiyyətlərinə görə optimal olan və dərini zədələməyən xoş bir konsistensiyaya malikdir. Ən kiçik duz kristalları dəri ölü hüceyrələrini yumşaq bir şəkildə aradan qaldıraraq bərpa prosesini stimullaşdırır. Yüngül pilinq təsirinə malik olan duz qan dövranını aktivləşdirir, toksinləri xaric edir, dərinin tonusunu və elastikliyini artırır, sellülitdən qurtulmağa kömək edir. Dəniz duzu mübadilə proseslərini aktivləşdirir, hüceyrələrin həyat qabiliyyətini artırır və nəm səviyyəsini tənzimləyir, dəridə bərpaedici və stimullaşdırıcı təsir göstərir, mikro- və makroelementlərlə zənginləşdirir, onun qoruyucu funksiyalarını artırır. Bədən üçün duzun tərkibinə təbii dəniz duzu, bambuk ekstraktı daxildir.