Əməkhaqqı: 800 - 1200 AZN (Sabit maaş + satışdan və tamamlanan layihələrdən bonus/faiz);
Məşğulluq: Tam iş günü, rəsmi əmək müqaviləsi ilə rəşmiləşdirilmə;
İş qrafiki: I - VI günlər, 09:00 - 18:00 (Bazar günü istirahət günü);
İş yeri: Ofis və market Nardaran (Sea Breeze) ərazisində yerləşir;
Karyera imkanı: Uğurlu fəaliyyət göstərən əməkdaş üçün şirkət daxilində vəzifə yüksəlişi və gəlirin artırılması imkanı;
Sınaq müddəti: 1 ay (ödənişli sınaq müddəti);
Korporativ dəstək: İş prosesində istifadə üçün korporativ nömrə və mobil rabitə
Tələblər:
Ali təhsil;
Satış, müştəri xidmətləri və ya koordinasiya sahəsində min. 1 il təcrübə;
Azərbaycan dilində səlis şifahi və yazılı nitq (Rus dili arzuolunandır);
MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək bacarığı;
Yüksək ünsiyyət, inandırma və eyni anda bir neçə tapşırığı idarəetmə (multitasking) qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Müştəri Əlaqələri: Zəng, WhatsApp və sosial şəbəkə sorğularını cavablandırmaq, müştərilərə məsləhət verərək satışı reallaşdırmaq;
Satış və Xidmət Koordinasiyası: Hovuz avadanlıqlarının satışı (market) ilə tikinti/quraşdırma xidmətləri arasında iş axınını tənzimləmək;
Sahə və Təchizat Nəzarəti: Tikinti və texniki quraşdırma layihələrini izləmək, usta heyətinə material/avadanlıq çatdırılmasını koordinasiya etmək;
Sənədləşmə: Müqavilə, kommersiya təklifi, hesab-fakturaların hazırlanması və müştəri bazasının (Excel/CRM) idarə edilməsi;
Hesabatlıq: Görülən işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Müqavilə, hesab-faktura və kommersiya təkliflərini hazırlamaq;
Müştəri bazasını və hesabatlığı aparmaq.
Maaş: 800-1200 AZN
Yaş: 22-45
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
© Success Construction Service MMC · boss.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.