Namizədə olan əsas tələblər
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr, MBA, CFA və ya CIMA üstünlükdür);
Biznes analitikası, biznes nəzarəti, FP&A, kommersiya maliyyəsi vsahəsində 5 il rəhbərlik və ya liderlik vəzifəsi təcrübəsi;
Qabaqcıl maliyyə modelləşdirməsi və investisiya qiymətləndirməsi bacarıqları, pərakəndə satış iqtisadiyyatı və distribüsiya modelləri üzrə güclü anlayış, maliyyə və əməliyyat KPI-ları, , proqnozlaşdırma və dövriyyə kapitalının idarə olunması üzrə mükəmməl biliklər;
Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI və ya digər BI platformaları ilə praktiki təcrübə, ERP sistemləri və böyük verilənlərin təhlili bacarığı;
Güclü strateji düşüncə, kommersiya duyumu və nəticəyönümlü analitik yanaşma, maraqlı tərəflərlə işləmə, güclü kommunikasiya və təqdimat bacarıqları;
Əsas vəzifə öhdəlikləri
Qrup üzrə biznes analitikası çərçivəsini və performansın idarə olunması sistemini qurmaq,standart hesabat strukturları, dashboard-lar və əməliyyat KPI-ları yaratmaq, pərakəndə və distribüsiya bizneslərinin performansını izləyərək rəhbərliyə strateji tövsiyələr vermək;
Biznes nəzarəti və monitorinq mexanizmlərini gücləndirmək, büdcə-fakt və proqnoz-fakt təhlillərinə (gəlir, marja, xərclər, EBITDA, pul axını və dövriyyə kapitalı) rəhbərlik etmək, kənarlaşmaların səbəblərini araşdırıb düzəldici addımlar təklif etmək;
İnvestisiya təkliflərini, CAPEX layihələrini, biznesin genişləndirilməsi və infrastruktur investisiyalarını qiymətləndirmək, texniki-iqtisadi əsaslandırmalar aparmaq, biznesin qiymətləndirilməsi və investisiya sonrası performansı izləmək;
Analitika funksiyasının metodologiyalarını, alətlərini və standartlarını inkişaf etdirmək, biznes vahidləri üzrə analitika komandalarını koordinasiya etmək, məlumat əsaslı mədəniyyəti, hesabatların avtomatlaşdırılmasını, dashboard hazırlanmasını və BI alətlərinin tətbiqini gücləndirmək;
İş Şərtləri:
İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi.
Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir;
İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən;
Korporativ mobil nömrə və tarif paket;
Şirkət tərəfindən təmin olunan nahar;
Push30 platformasına abunəlik (İllik abunə haqqına 50% endirim);
Şirkət tərəfindən təqdim olunan avtomobil yanacaq kartı;
Ünvan: Azure Biznes Mərkəzi
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznesə Nəzarət və Analitika Departament Müdiri ” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208545/biznese-nezaret-ve-analitika-departament-mudiri
REKLAM
Çerez kullanıyoruz Analitik yalnızca onayınızla; zorunlu çerezler her zaman etkindir.Gizlilik politikası