BMW E39 — Satılır
Avtomobilə son dövrlərdə kifayət qədər xərc çəkilib və həm vizual, həm də texniki cəhətdən bir çox işləri görülüb.
Xarici görünüş:
* Avtomobil tam şəkildə rənglənib.
* Ön faralar restaylinq Hella faraları ilə əvəz olunub.
* Ön və arxa buferlər yeniləri ilə dəyişdirilib.
* BMW Style 66 disklər alınıb, tam restavrasiya olunub və rənglənib.
* 4 ədəd yeni, 4 fəsil təkər qoyulub.
* Yeni xrom ablisovkalar quraşdırılıb.
Mühərrik və texniki vəziyyət:
* Mühərrikin bloku dəyişdirilib — 3.0 mühərrikin bloku quraşdırılıb, digər mühərrik hissələri 2.5 mühərrikə aiddir.
* Mühərrik saz vəziyyətdədir, işləməsində problem yoxdur.
* Mühərrikin üst qapağı/qırışqası yenisi ilə dəyişdirilib (200 AZN).
* Peredok və xodovoy yaxşı vəziyyətdədir, hər hansı problem yoxdur.
* Bir çox ehtiyat hissələri orijinal hissələrlə əvəz olunub.
* Bir sıra elektron sensorlar və datchiklər yeniləri ilə dəyişdirilib.
* Avtomobildə görülən işlər kifayət qədər çoxdur və ümumi texniki vəziyyəti yaxşıdır.
Kondisioner və peç:
* Kondisioner və peç ideal şəkildə işləyir.
* Kondisionerin qazı yenilənib.
* Peçin ventilyator mühərriki (motoru) yenisi ilə əvəz olunub.
* Kondisioner sistemi ilə bağlı lazımi işlər görülüb və hazırda problemsiz işləyir.
Salon və elektronika:
* Salon səliqəli vəziyyətdədir.
* Oturacaqlar elektrik tənzimlənəndir.
* Elektron sistemlərin hamısı işlək vəziyyətdədir.
* Orijinal BMW monitoru mövcuddur.
* Arxa görüntü kamerası var.
* Elektriklə qatlanan yan güzgülər var.
Avtomobilin yeni matorun yürüşü təxminən 40-60 min km arasındadır.
Hazırda avtomobildə yalnız bir-iki xırda iş qalıb. İstəyən alıcı üçün həmin işləri özüm də həll edə bilərəm və ya razılaşma zamanı xərc məbləğindən çıxıla bilər.
Qeyd: Mühərrik dəyişdirildiyinə görə hazırda mühərrik sənədlərdə qeyd olunmayıb. Qeydiyyat məsələsinin həlli təxminən 400–500 AZN xərc tələb edir. Bu məsələ alıcı ilə razılaşdırılaraq qiymətdə nəzərə alına bilər.
Xahiş edirəm, yalnız ciddi alıcılar əlaqə saxlasın. Ciddi şəxslərin bütün sualları cavablandırılacaq. Qiymətdə müəyyən qədər razılaşmaq mümkündür, real alıcı ilə avtomobilin yanında normal şəkildə danışıb razılaşa bilərik.
7.000 AZN və bu civarda qiymət təklif edən şəxslər xahiş olunur əlaqə saxlamasın. Avtomobilə çəkilən xərc və görülən işlər nəzərə alınaraq qiyməti var. Real alıcı ilə razılaşmaq mümkündür.