Prayk

Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş

500 ₼
Kontrol edildi1 hafta önce
Tarih
Görüntülenme
10
Numara
№5594082

Açıklama

İş yeri: TəkərStore mağazası TəkərStore komandasına yeni əməkdaş axtarırıq! İş saatlarında mağazamızda canlı yayımlar həyata keçirəcək, izləyicilərə təkərlər haqqında məlumat verəcək və potensial müştərilərdən əlaqə nömrələri toplayacaq əməkdaş axtarırıq. İş öhdəlikləri: TikTokda canlı yayımlar açmaq; Canlı yayım zamanı təkər markaları, modelləri, ölçüləri və xüsusiyyətləri haqqında məlumat vermək; İzləyicilərin suallarını cavablandırmaq; Maraqlanan müştərilərin əlaqə nömrələrini toplamaq və qeydiyyata almaq; Toplanmış müştəri nömrələrini növbəti gün satış menecerlərinə təqdim etmək. Namizədə tələblər: Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı; Azərbaycan dilində səlis danışmalı; Kamera qarşısında rahat olmalı; Səlis və aydın nitq qabiliyyətinə malik olmalı; Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmalı; Satış və canlı yayım sahəsində təcrübə üstünlükdür, lakin mütləq deyil. İş şəraiti İş qrafiki: Həftədə 3 gün, 19:00 – 00:00 Əməkhaqqı: 500 AZN + bonus Ünvan: Olimpik Star yaxınlığı İşə başlamazdan əvvəl namizədə təkərlər və məhsullar haqqında ilkin təlim keçiriləcək. Bütün lazımi məlumatlar öyrədildikdən sonra işə başlanılacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 500 AZN Son müraciət tarixi: 04.12.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/teker-store-canli-yayim-ve-musteri-elaqeleri-uzre-emekdas-155473
REKLAM