
Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Anlaşmalı
Çörək və Un Məmulatları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
OrijinalDün
ŞehirBakı
Tarih
Numara№3570919
Açıklama
İstehsalat və Texnologiya tərəfi:· İstehsalat təcrübəsi ilə nəzarət: Çörək və un məmulatları kateqoriyasındakı (çörək, baton, lavaş, bulka, kruassan, piroq, keks, peçenye, suxari və digər un məmulatları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.· Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (nəmlik, turşuluq, xəmirin qalxması, çörəyin həcmi, məsaməlilik, tekstura və s.) texnoloji cəhətdən yoxlamaq.· Xammal auditi: Buğda unu, maya, duz, şəkər, yağlar, süd məhsulları, yumurta məhsulları, yaxşılaşdırıcılar, fermentlər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.Satınalma və Kommersiya tərəfi:· Strateji satınalma: Çörək və un məmulatları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.· Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, əmək, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki:5 gün, 09:00-18:00
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-corek-ve-un-memulatlari-kateqoriyasi-uzre-istehsalat-ve-satinalma-mudiri-75579672/apply
Benzer ilanlar















