Prayk

Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

Anlaşmalı
Kontrol edildi1 ay önce
Tarih
Görüntülenme
5
Numara
№3426365

Açıklama

Namizədə dair tələblər: Ali təhsil (marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə); Ticari marketinq, distribusiya kanalları və ya B2B/topdan satış üzrə ən azı 2 il müvafiq iş təcrübəsi; Distribusiya və topdan satış kanallarında kampaniya, həcm endirimi və müştəri təşviqi mexanikalarını hazırlamaq və tətbiq etmək bacarığı; İsti və sifarişli/soyuq satışın, bort satışının, satış rutlarının və pərakəndəçi münasibətlərinin iş məntiqini anlama; Satış həcmi, aktiv müştəri, əhatə, orta sifariş, çeşid və kampaniya nəticələri üzrə məlumatları təhlil etmək bacarığı; Kampaniya şərtlərinin qiymət, güzəşt, xərc və marjaya təsirini qiymətləndirə bilmək; Excel-də sərbəst işləmək və nəticələri aydın hesabat şəklində təqdim etmək bacarığı; Satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə koordinasiya və sahə komandaları ilə ünsiyyət bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət. Vəzifələr: Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq; Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq; Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq; Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək; Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək; Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edib təkmilləşdirmə təklifləri hazırlamaq; Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək. Üstünlük veriləcək: İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi; Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi; Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı; İngilis dili biliyi; Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə; Şəxsi avtomobilin olması. Şirkət tərəfindən: Peşəkar inkişaf və öyrənmə imkanı; Karyera yüksəlişi; Peşəkar və dinamik iş mühiti; Əmək müqaviləsi; İş şəraiti İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 29.10.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Superfon jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp