
Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssis
Data idarəetməsi üzrə mütəxəssis /aparıcı mütəxəssis
1 000 ₼
Kontrol edildiBugün
ŞehirBakı
Tarih
Numara№5704365
Açıklama
Tələblərİqtisadiyyat, maliyyə, statistika, informasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahələr üzrə ali təhsil;Data idarəetməsi (Data Governance), Data keyfiyyəti (Data Quality), data menecementi (Data Management) və ya əlaqəli sahə üzrə iş təcrübəsi;Məlumatların idarə edilməsi prinsipləri, məlumatların keyfiyyəti və metadata anlayışları üzrə biliklər;SQL vasitəsi ilə məlumatların yoxlanılması və təhlili üçün kifayət qədər biliklər;Məlumat modelləri, relyasiyalı verilənlər bazaları və data anbarı (Data Warehouse) haqqında anlayış;Analitik düşüncə, problem həll etmə və proseslərin təhlili bacarığı;Sənədləşdirmə, kommunikasiya və müxtəlif biznes bölmələri ilə əməkdaşlıq bacarığı;İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.Üstünlük verilir:Bank və ya maliyyə sektorunda iş təcrübəsi;Data idaeəteməsi (Data Governance) və data keyfiyyəti (Data Quality) üzrə layihələrdə iştirak təcrübəsi;DAMA-DMBOK çərçivəsi və ya digər data menecement metodologiyaları haqqında biliklər;Data Governance alətləri haqqında biliklər;Məlumatların təsnifatı, Data Lineage və Data Catalog üzrə praktiki təcrübə.ÖhdəliklərBank üzrə məlumatların idarə edilməsi (Data Governance) çərçivəsinin və müvafiq metodologiyaların tətbiqində iştirak edilməsi;Məlumatların keyfiyyətinin qiymətləndirilməsi, keyfiyyət göstəricilərinin və nəzarət qaydalarının müəyyənləşdirilməsi;Məlumatların sahibliyi (Data Ownership) və idarə edilməsi üzrə məsuliyyətlərin müəyyənləşdirilməsi və əlaqələndirilməsi;Bankın məlumat lüğətinin (Business Data Glossary), məlumat kataloqunun (Data Catalog) və metadata idarəetmə proseslərinin formalaşdırılması və inkişaf etdirilməsi;Məlumatların mənbədən istifadəçiyə qədər hərəkətinin və transformasiyalarının izlənəbilənliyinin (Data Lineage) təmin edilməsi üzrə fəaliyyətlərdə iştirak edilməsi;Məlumatların keyfiyyəti ilə bağlı problemlərin müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aidiyyəti bölmələrlə həllinin əlaqələndirilməsi;Məlumatların təsnifatı, istifadəsi və idarə edilməsi üzrə daxili qayda və standartların hazırlanmasında iştirak edilməsi;Müvafiq bölmələr ilə əməkdaşlıq edərək məlumatların idarə edilməsi tələblərinin tətbiqinin təmin edilməsi.Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
REKLAM













