
Data İstiqamətinin rəhbəri

Anlaşmalı
Data İstiqamətinin rəhbəri
Kontrol edildiBugün
ŞehirBakı
Tarih
Numara№3526257
Açıklama
Bankın Data strategiyasına və 2026-cı ilin IV rübündən 2028-ci ilin sonunadək olan yol xəritəsinə rəhbərlik etmək, strategiyanı ölçülə bilən nəticələr üzrə formalaşdırılmış rüblük icra planına çevirmək;Data Engineering, BI, Analytics və Data Governance istiqamətləri üzrə komandalara rəhbərlik etmək, komandanın formalaşdırılmasını, yeni əməkdaşların cəlb edilməsini və peşəkar inkişafını təmin etmək;Strateji data platformalarının inkişafı ilə gündəlik biznes tələbləri (ad-hoc məlumat sorğuları, tənzimləyici hesabatlar və s.) arasında balans yaratmaq, prioritetləri və resurs bölgüsü üzrə qərarları rəhbərliyə əsaslandırılmış şəkildə təqdim etmək;Bankın məlumatların idarə olunması və istifadəsi sahəsində ekspert və strateji tərəfdaş kimi çıxış etmək; biznes rəhbərləri, Maliyyə, Risklərin idarə edilməsi, Komplayens və İnformasiya Texnologiyaları və s. strukturlar ilə əməkdaşlıq etmək, məlumatlarla bağlı əsas strateji məsələləri, təşəbbüsləri və təklifləri İdarə Heyətinə təqdim etmək;Məlumatların keyfiyyətinə nəzarət mexanizmləri inteqrasiya edilmiş korporativ ODS-in (Operational Data Store) yaradılmasına və inkişafına rəhbərlik etmək;Biznes domenləri üzrə Data Mart-ların və onların dayanıqlı fəaliyyətini təmin edən data pipeline-ların layihələndirilməsini və qurulmasını təmin etmək;Data Engineering üzrə vahid texniki və əməliyyat standartlarını formalaşdırmaq və tətbiq etmək.Ənənəvi SQL və BI istifadəsi ilə yanaşı, LLM və MCP əsaslı həllərin istifadəsi üçün AI-ready Data Layer və müvafiq məlumat çıxışı mexanizmlərini formalaşdırmaq;BI platformasının inkişaf strategiyasına rəhbərlik etmək, o cümlədən mövcud/legacy hesabatların müasir BI platformasına mərhələli miqrasiyasını və biznes istiqamətləri üzrə geniş tətbiqini təmin etmək;İdarəetmə və tənzimləyici hesabatların vaxtında, dəqiq və etibarlı şəkildə hazırlanmasını təmin etmək, biznes istifadəçiləri üçün self-service analytics imkanlarını inkişaf etdirmək;Mövcud hesabat ekosistemini optimallaşdırmaq: təkrarlanan və aşağı dəyər yaradan hesabatları aradan qaldırmaq, əsas/golden dashboard-ları müəyyən etmək və göstəricilər üzrə vahid terminologiya və hesablama standartları formalaşdırmaq;Data Governance çərçivəsini formalaşdırmaq və tətbiq etmək, biznes üzrə Data Owner və Data Steward rollarını müəyyənləşdirmək, Data Catalog, Data Lineage, data keyfiyyəti qaydaları və müvafiq KPI-ları tətbiq etmək;Strateji əhəmiyyət daşıyan məlumatlar üzrə Master Data Management prosesinə rəhbərlik etmək;Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq tələblərinə, fərdi məlumatların qorunması haqqında qanunvericiliyə və bankın daxili informasiya təhlükəsizliyi siyasətlərinə uyğunluğu təmin etmək;Bankda Data savadlılığının və data yönümlü mədəniyyətin inkişafını təmin etmək, Data Owner-lər üçün onboarding proqramları təşkil etmək, data maturity assessment həyata keçirmək və müvafiq təlim proqramlarını formalaşdırmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-data-istiqametinin-rehberi-30029242/apply
Benzer ilanlar






Lifeguard









