Prayk
Dayanıqlılıq və ESG üzrə mütəxəssis / Aparıcı mütəxəssis — Vakansiyalar
Anlaşmalı

Dayanıqlılıq və ESG üzrə mütəxəssis / Aparıcı mütəxəssis

Kontrol edildi4 hafta önce
Tarih
Görüntülenme
85
Numara
№4684542

Açıklama

Bu vəzifə dayanıqlılıq hesabatlılığı, CBAM və EPD layihələri üzrə məlumatların toplanması, sistemləşdirilməsi, ilkin təhlili və aidiyyəti struktur bölmələrlə koordinasiyanı əhatə edir. Vəzifə öhdəlikləri Sustainability və ESG hesabatları üçün ekoloji, sosial və korporativ idarəetmə göstəricilərinin toplanması və sistemləşdirilməsi; Məlumatların düzgünlüyünün, tamlığının və təsdiqedici sənədlərə uyğunluğunun ilkin yoxlanılması; CBAM üzrə istehsal, xammal, enerji sərfiyyatı və karbon emissiyalarına dair məlumatların toplanması və hesabat şablonlarına daxil edilməsi; EPD və LCA layihələri üzrə material, enerji, su, tullantı və istehsal proseslərinə aid məlumatların hazırlanması; İlkin hesablamaların, analitik cədvəllərin və hesabat materiallarının hazırlanmasına dəstək göstərilməsi; Xarici məsləhətçilər və daxili struktur bölmələrlə məlumat mübadiləsinin və iş proseslərinin əlaqələndirilməsi; Layihə tapşırıqlarının, son tarixlərin və sənəd dövriyyəsinin izlənilməsi; Rəhbərlik üçün hesabatların, təqdimatların və qısa status məlumatlarının hazırlanması. Tələblər Ətraf mühit, mühəndislik, iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə olunması və ya əlaqəli ixtisas üzrə ali təhsil; Sustainability və ESG istiqamətində baza nəzəri və praktiki biliklər; Məlumatların toplanması, sistemləşdirilməsi və təhlili üzrə iş təcrübəsi; MS Excel proqramında sərbəst işləmək, əsas düsturlardan və məlumatların təhlili alətlərindən istifadə bacarığı; Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı. Analitik düşüncə, rəqəmlərlə işləmək və detallara diqqət bacarığı; Müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq və iş proseslərini koordinasiya etmək bacarığı. Üstünlük hesab olunur CBAM, EPD, LCA, GRI və istixana qazı emissiyalarının hesablanması üzrə ilkin biliklər; İstehsalat, enerji sərfiyyatı, ətraf mühit göstəriciləri və ya əməliyyat məlumatları ilə işləmək təcrübəsi; Excel-də Pivot Table və məlumatların yoxlanması alətlərindən istifadə bacarığı; Sustainability, ESG və əlaqəli istiqamətlər üzrə təlimlərdə, sertifikat proqramlarında və ya layihələrdə iştirak. Qeyd: Vəzifə səviyyəsi namizədin praktiki təcrübəsi və müstəqil işləmək bacarığı əsasında müəyyən ediləcək. CBAM və EPD layihələrinə rəhbərlik təcrübəsi tələb olunmur. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 16.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Baku Steel Company CJSC jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp