
Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı IT Biznes analitik
Dövlət xidmətlərinin dizaynı və təkmilləşdirilməsi üzrə Aparıcı IT Biznes analitik
Anlaşmalı
Kontrol edildi1 hafta önce
Tarih
Numara№2341468
Açıklama
Təsvir
Dövlət qurumları ilə müsahibələrin və workshopların keçirilməsi, mövcud sənədlərin təhlili yolu ilə biznes, funksional və inteqrasiya tələblərinin toplanması, dəqiqləşdirilməsi və sistemləşdirilməsi;
Dövlət xidmətlərinin və əlaqəli biznes proseslərinin təhlil edilməsi, mövcud vəziyyətin (As-Is) müəyyənləşdirilməsi və müvafiq proses və xidmət dizaynı artefaktları vasitəsilə sənədləşdirilməsi;
Dövlət xidmətləri üzrə biznes proseslərinin BPMN 2.0 metodologiyasına uyğun modelləşdirilməsi, proses iştirakçılarının, fəaliyyətlərin, qərar nöqtələrinin, məlumat axınlarının və sistemlərarası əlaqələrin müəyyən edilməsi;
Dövlət qurumlarının informasiya sistemləri və API-lərinin funksional və texniki səviyyədə təhlil edilməsi, Postman və digər müvafiq alətlər vasitəsilə API-lərin yoxlanılması, məlumat strukturlarının və inteqrasiya məntiqinin araşdırılması və API üzrə texniki sənədlərin hazırlanması;
Dövlət xidmətləri üzrə funksional tələblərin, biznes qaydalarının, Use Case-lərin, User Story-lərin, acceptance criteria-ların və digər analitik artefaktların hazırlanması və sənədləşdirilməsi;
Eyni və ya oxşar dövlət xidmətləri üzrə yerli və beynəlxalq təcrübələrin, tətbiq olunan xidmət modellərinin və rəqəmsal həllərin araşdırılması, müqayisəli təhlillərin aparılması və uyğun həll yanaşmalarının müəyyənləşdirilməsi;
Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması prosesində iştirak edilməsi (to-be modellərin hazırlanması;
Məlumatların, statusların və inteqrasiya tələblərinin mygov inteqrasiya standartlarına uyğun sənədləşdirilməsi.
BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması
Tələblər
Ali təhsil (İnformasiya Texnologiyaları, Biznes Analitika, Sistem Analizi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
İT biznes analitik və ya sistem analitiki kimi minimum 2–4 il iş təcrübəsi (xüsusilə dövlət xidmətləri, rəqəmsal transformasiya və ya iri miqyaslı İT layihələrdə);
Biznes və funksional tələblərin toplanması, təhlili, dəqiqləşdirilməsi və strukturlaşdırılmış şəkildə sənədləşdirilməsi üzrə praktiki təcrübə;
Funksional tələblərin, biznes qaydalarının, Use Case-lərin, User Story-lərin və digər biznes analitika artefaktlarının hazırlanması üzrə bilik və praktiki təcrübə;
BPMN 2.0 metodologiyası əsasında As-Is və To-Be biznes proseslərinin modelləşdirilməsi, proses iştirakçılarının, qərar nöqtələrinin, məlumat və status axınlarının müəyyənləşdirilməsi üzrə praktiki təcrübə;
HTTP, REST API və JSON üzrə biliklər, API-lərin funksional və texniki səviyyədə təhlili və Postman vasitəsilə test edilməsi üzrə praktiki təcrübə;
OpenAPI / Swagger spesifikasiyalarının oxunması, API metodlarının, request/response strukturlarının, məlumat tiplərinin, xəta kodlarının və digər inteqrasiya tələblərinin təhlil edilməsi bacarığı;
API və inteqrasiya üzrə texniki sənədlərin hazırlanması, həmçinin ən azı bir API əsaslı inteqrasiya layihəsinin tələblərin müəyyənləşdirilməsindən texniki sənədləşdirilməsinə qədər tam şəkildə müşayiət edilməsi üzrə praktiki təcrübə;
Sistemlərarası inteqrasiya prinsipləri, o cümlədən server-to-server autentifikasiyası, idempotentlik, fayl mübadiləsi, status callback-ləri, bildiriş mexanizmləri və məlumat mübadiləsi yanaşmaları üzrə anlayış;
Azərbaycan dilində normativ-hüquqi aktların təhlil edilməsi, xidmətin göstərilməsi ilə bağlı hüquqi və biznes tələblərinin müəyyənləşdirilməsi və analitik sənədlərdə əks etdirilməsi bacarığı
Azərbaycanın rəqəmsal hökumət və elektron xidmətlər ekosistemi, dövlət informasiya sistemləri və “yalnız bir dəfə” prinsipi barədə ümumi biliklər;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 16.10.2026
İlanın kaynağı
Orijinal ilanı aç© İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
Benzer ilanlar














