
Bakı4
E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi

Anlaşmalı
E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi
Kontrol edildiBugün
ŞehirBakı
Tarih
Görüntülenme4
Numara№5938499
Açıklama
Shop & Ship — xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətimizin inkişafına töhfə verəcək əməkdaş axtarırıq. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərin aktivliyinin və sifarişlərin artırılmasıdır.Əsas vəzifə öhdəlikləri:Shop & Ship xidmətinin satış və marketinq planlarının hazırlanması və təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;Yeni müştəri seqmentlərini müəyyənləşdirmək və onların cəlb edilməsi üçün təkliflər hazırlamaq;Qeydiyyatdan keçmiş, lakin ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün kampaniyalar həyata keçirmək;Təkrar sifarişləri və müştəri loyallığını artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;Rəqiblərin qiymət, kampaniya və xidmətlərini, eləcə də müştərilərin alış davranışlarını təhlil etmək;Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya effektivliyi üzrə hesabatlar hazırlamaq.
Tələblər:
Namizədə tələblər:Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin təhlili üzrə praktiki təcrübə;Meta Ads, Google Ads və Google Analytics alətləri üzrə biliklər;Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və loyallıq kampaniyaları barədə anlayış;Excel və ya Google Sheets vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.Üstünlük veriləcək:E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş təcrübəsi;Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən nəticələr;Türk və ingilis dili bilikləri.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Starex Global
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/starexglobal/starexglobal-e-ticaret-xidmetleri-uzre-marketinq-mutexessisi-28018300/apply
REKLAM








