
Bakı11
Ehtiyat Hissələri Departament Müdiri
Ehtiyat Hissələri Departament Müdiri
Anlaşmalı
Kontrol edildiDün
Açıklama
Namizədə olan tələblər:
Ali təhsil;
Ehtiyat hissələri (xüsusən ağır texnikalar) üzrə rəhbər kimi 5 il təcrübə;
Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Vəzifə öhdəlikləri:
İllik satış planının hazırlanması və kanallar üzrə bölüşdürülməsi;
Korporativ müştəri portfelinin idarə olunması və müqavilələrin bağlanması;
15 mağazadan ibarət pərakəndə şəbəkənin idarə olunması, mağaza qalığına və kassa intizamına nəzarət;
İri müştərilərin ehtiyyat hissə, texnika və servis satışı üzrə vahid kurasiyası;
Powertrain ehtiyyat hissələri kateqoriyasının satışı — kateqoriya üzrə qiymət siyasəti;
İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin (iri müştərilər, 5 vahid) idarə olunması: hesab planı, sorğuların izlənməsi və eskalasiya;
Dəqiq əkinçilik və R&D funksiyasının İri Müştərilərin İdarə Edilməsi Şöbəsinin tərkibində idarə olunması;
Satış tenderlərində iştirak, təklifin hazırlanması və təqdimi (Tədarük bölməsinin qiymət dəstəyi ilə);
Yerli tələbin toplanaraq Ehtiyyat Hissələrinin Tədarükü Bölməsinə ötürülməsi;
Debitor borcun izlənməsi və mühasibatlıqla birgə yığım tədbirləri.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
Servis və nahar mövcuddur;
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ehtiyat Hissələri Departament Müdiri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209103/ehtiyat-hisseleri-departament-mudiri
REKLAM


