№6317008·Görüntülenme: 12
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Notebook və mobil telefonlara proqram təminatının yüklənməsi və quraşdırılması;
Müştərilərə göstərilən xidmətlər haqqında dəqiq və düzgün məlumatın verilməsi;
Komandanın satış hədəflərinə çatmasına texniki dəstək göstərilməsi;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
Səlis azərbaycan və rus dili biliyi, ingilis dili biliyi arzuolunandır;
IT sahəsində baza biliklərinə malik olmaq (proqram təminatlarının yüklənməsi, cihazların sazlanması və s.);
Rəqəmsal məhsullar (notebooklar, mobil telefonlar, proqram təminatları və s.) haqqında məlumatlı olmaq;
Komandada işləmə və yüksək ünsiyyət bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik.
Aktiv və təşəbbüskar olmaq;
Elektronika və texnologiyaya maraq göstərmək;
Yenilikləri öyrənməyə və tətbiq etməyə açıq olmaq.
İş şəraiti:
İş yeri: Şamaxı;
İş qrafiki: Növbəli - 6 gün iş, 1 gün istirahət.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 23.12.2026
© Kontakt Home · jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.