Prayk
Elektrik (Beyləqan filialı) — Digər, Beyləqan
Anlaşmalı

Elektrik (Beyləqan filialı)

Kontrol edildi3 gün önce
Şehir
Beyləqan
Kategori
Diğer
Tarih
Görüntülenme
9
Numara
№4268735

Açıklama

Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələri aşkar etmək və aradan qaldırmaq;Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərini sökmək, sazlamaq və xidməti üzrə işləri yerinə yetirmək; Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin etmək üçün olaraq bütün enerji təsərrüfatını yoxlamaq və gündəlik olaraq Baş energetikə məruzə etmək;Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumat vermək;Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət etmək, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq;Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin etmək;Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil etmək, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumat vermək;Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra etmək;Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra etmək;Rəhbərliyin təyin etdiyi digər işləri icra etmək. Tələblər: Təcrübə : Elektrik olaraq minimum 1-3 il iş təcrübəsi.Texniki Bilikləri:Elektrotexnikanın əsaslarını;Elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini;Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını;Aşağı və yüksək gərginlikli xətlərin calanması və lehimlənməsi üsullarını;Elektrik cərəyanından zədələnmədən ilk yardımın göstərilməsi qaydasını;Xidmət olunan sahədə elektrik avadanlıqlarının yerləşməsi və qidalandırılması sxemini;Rele mühafizəsi və onun müxtəlifliyi haqda ümumi məlumatları;Transformator, elektrik mühərriki, kabel və xətlərin yüklənməsinin müəyyənləşdirilməsini;Daxili əmək rejimi qaydalarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydalarını bilməlidir. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Orta səviyyəli Şirkət: Prime Cotton Yer: Beyləqan, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-elektrik-beyleqan-filiali-5796225/apply
REKLAM