Prayk

Elektrik mühəndisi

Anlaşmalı
Kontrol edildi1 hafta önce
Tarih
Görüntülenme
18
Numara
№5190471

Açıklama

Əsas vəzifə öhdəlikləri: Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək; Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək; Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq; Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək; İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Tələb olunan bilik və bacarıqlar: Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı; Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər; Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq; Podratçılarla iş prosesində tələbkar və prinsipial yanaşma nümayiş etdirmək bacarığı; Diqqətlilik, detallara həssas yanaşma və nöqsanları vaxtında aşkar etmək bacarığı; Stressə davamlılıq və layihələrin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil (Müvafiq sahə üzrə); Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq; Avtomobil olması üstünlükdür. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 26.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Tam Store jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp