Əsas vəzifə və öhdəliklər:
Yanğından mühafizə sistemlərinin elektrik hissəsinin layihələndirilməsi, quraşdırılması, sazlanması və texniki istismarına rəhbərlik etmək;
Yanğın siqnalizasiya sistemlərinin texniki həllərinin hazırlanması və icrasına nəzarət etmək;
Yanğın siqnalizasiya sistemlərinin kabel xətlərinin, detektorların, əl ilə işə salma düymələrinin, sirenaların, modul və idarəetmə panellərinin düzgün qoşulmasını və iş prinsipini yoxlamaq;
Yanğın sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyasını təşkil etmək: HVAC, lift, girişə nəzarət, tüstü xaricetmə, ventilyasiya, BMS və digər sistemlər;
Elektrik sxemlərinin, prinsipial sxemlərin, birxətli sxemlərin və layihə çertyojlarının hazırlanması və oxunması;
Layihə üzrə elektrik yüklərinin, kabel kəsiklərinin, qoruyucu aparatların və enerji təchizatı həllərinin hesablanmasını həyata keçirmək;
Avadanlıq və materialların texniki spesifikasiyalarını hazırlamaq və uyğunluğunu qiymətləndirmək;
Layihədə nəzərdə tutulmuş avadanlıqların texniki parametrlərinin yoxlanılması;
Montaj briqadalarının işinə texniki rəhbərlik və sahədə görülən işlərə nəzarət etmək;
Görülən işlərin layihə, texniki spesifikasiya və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
Sistemlərin test, commissioning və sazlama işlərini həyata keçirmək;
Yanğın siqnalizasiya sistemlərində yaranan texniki nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırmaq;
İstismara verilmiş sistemlər üzrə texniki yoxlamaların və profilaktik xidmətlərin təşkilində iştirak etmək;
İcra olunmuş işlər üzrə as-built çertyojların, test protokollarının, texniki hesabatların və digər icra sənədlərinin hazırlanmasına nəzarət etmək;
Sifarişçi, layihəçi, podratçı və digər mühəndislik qrupları ilə texniki məsələlərin koordinasiyasını həyata keçirmək;
Sahədə texniki problemləri müəyyən etmək, həll yolları hazırlamaq və icrasına nəzarət etmək;
Elektrik və yanğından mühafizə sistemləri üzrə təhlükəsizlik qaydalarına və normativ tələblərə riayət olunmasını təmin etmək.
Tələblər
Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Elektrik və yanğından mühafizə sistemləri üzrə minimum 3 il iş təcrübəsi;
Yanğın siqnalizasiya sistemlərinin quruluşu, iş prinsipi, montajı, proqramlaşdırılması və sazlanması üzrə praktiki bilik;
Elektrik sxemlərini və layihə çertyojlarını sərbəst oxuma bacarığı;
AutoCAD proqramında işləmə bacarığı;
Elektrik avadanlıqları, kabel sistemləri, avtomatika və idarəetmə sistemləri üzrə bilik;
Yanğından mühafizə sistemlərinin digər mühəndislik sistemləri ilə inteqrasiyası üzrə anlayış;
Test və commissioning proseslərinin aparılması üzrə praktiki təcrübə;
Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Azərbaycan Respublikasında tətbiq olunan müvafiq texniki norma və təhlükəsizlik tələbləri barədə bilik;
MS Office proqramlarında işləmə bacarığı;
Texniki problemləri analiz etmək və operativ həll etmək bacarığı;
Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Üstünlük veriləcək
Adresli və konvensional yanğın siqnalizasiya sistemləri üzrə praktiki təcrübə;
BMS və digər zəif axın sistemləri ilə inteqrasiya təcrübəsi;
Layihələndirmə və commissioning sahəsində təcrübə;
Müvafiq beynəlxalq standartlar (NFPA, EN 54 və s.) üzrə bilik;
Tikinti və mühəndislik layihələrində sahə təcrübəsi.
Şəxsi keyfiyyətlər
Yüksək məsuliyyət və intizam;
Texniki düşüncə və analitik yanaşma;
Detallara diqqət;
Komanda idarəetmə və koordinasiya bacarığı;
Sifarişçi və podratçılarla peşəkar kommunikasiya;
Sərbəst qərarvermə və problem həll etmə bacarığı;
İşlərin vaxtında və keyfiyyətli icrasına yönümlülük.
İş şəraiti
İş qrafiki: Tam iş günü
İş yeri: Bakı
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq, 2000 AZN-dən başlayaraq
Əmək müqaviləsi: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 24.10.2026