Prayk

Əməliyyatçi Mühasib

600 ₼
Kontrol edildi6 gün önce
Şehir
Bakı
Kategori
Maliyyə
Tarih
Numara
№2880945

Açıklama

Tələb olunan göstəricilər: • Ali təhsil: (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə) • Cinsi: Qadın • Yaş: 22-30 yaş; • Dil bilikləri: Azərbaycan dili – mükəmməl. (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür); • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq • Elektron portallarda işləmək bacarığının olması • Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi; • Mühasibat 1C/8.3 proqramını bilmək; • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı; • Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq; • Komanda və müştərilər ilə işləmək bacarığı; • Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq; Vəzifə öhdəlikləri: • Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili ; • Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi; • Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması ; • Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları; • Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək; • Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu; • Müştərilərin və əlaqəli şəxslərin E-mail və telefonlarının cavablandırılması; • Rəhbərliyə tələb edilən məlumatların verilməsi; İş şərtləri: • İş qrafiki: - Həftənin 6 günü, 09:00-dan 18:00-dək - Bazar və bayram günləri qeyri iş günləridir - Əmək haqqı: müsahibə əsasında təyin ediləcək. Namizədlər CV-ni mövzu yerində "ƏMƏLİYYATÇI MÜHASİB" başlığı yazmaqla emailə göndərə bilərlər.

Benzer ilanlar