Prayk
Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer — HR, kadr
Anlaşmalı

Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer

Orijinal1 ay önce
Tarih
Görüntülenme
51
Numara
№4610301

Açıklama

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur. Əsas vəzifə öhdəlikləri: Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi; Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili; Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili; İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması; Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi; Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi; Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi. Namizədə dair tələblər: Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi; İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar; Ezamiyyətə açıq olmaq; MS Excel proqramı üzrə yaxşı biliklər; Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti; Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük. İş şəraiti: İş yeri: Xırdalan; İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi: 14.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© AT - Geotech MMC jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp