Təxmini boyu: Saxsısız 15-25sm arası, düzgün şəraitdə 2-3 m-ə qədər böyüyə bilər
İşıq sevərliyi: Parlaq dolayı işıq sevər, birbaşa güclü günəş şüalarından qorunmalıdır. Az işıqda da yaşaya bilər, amma işıq çatışmazlığı yarpaqların zəifləməsinə səbəb ola bilər.
Gübrə və dərmanlar:
Yazdan payıza qədər ayda 1 dəfə balanslı maye gübrə (20-20-20)
Zərərvericilərə qarşı insektisidlər (ağ milçək, qabıqçı, hörümçək gənəsi)
Göbələk xəstəliklərinə qarşı fungisidlər
Suvarılma qaydası:
Torpaq üstü azca quruduqda suvarılır
Torpaq daim nəmli olmamalıdır, suyun durğunluğu kök çürüməsinə səbəb ola bilər
Qışda suvarma azaldılır
Faydası:
Havanı toksinlərdən təmizləyir və oksigen səviyyəsini artırır
Ev və ofis mühitində dekorativ və sakitləşdirici təsir yaradır
Stressi azaldır və havanın keyfiyyətini yaxşılaşdırır