Filodendron, ev və ofis mühitində havanı təmizləmə xüsusiyyəti ilə tanınır. Baxımı asan və zəhmətsiz bitki olduğundan yeni başlayanlar üçün ideal seçimdir. Az işıq şəraitinə uyğunlaşa bilir, lakin dolayı işıq onu daha gözəl böyüdür.
Təxmini ölçüsü:
Saksı ilə birlikdə 30-60 sm arası dəyişir.
Baxımı:
İşıq:
Dolayı, parlaq işıq tələb edir.
Birbaşa günəş işığı yarpaqlarına zərər verə bilər.
Suvarma:
Torpaq səthi quruduqda suvarılmalıdır.
Suvarma çox olduğu halda köklər çürüyə bilər.
Temperatur:
Optimal temperatur 18-24°C arasında olmalıdır.
Soyuqdan və hava cərəyanlarından qorunmalıdır.
Rütubət:
Rütubəti sevir, mütəmadi yarpaq nəmləndirilməsi faydalıdır.
Torpaq:
Yaxşı drenajlı, humuslu torpaq seçilməlidir.
Gübrələmə:
Yaz və yay aylarında ayda bir dəfə balanslı gübrə tətbiq etmək məsləhətdir.
© gullerim.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.