Prayk
Hava Limanı Əməliyyatları İdarəsi/ Komendant — Digər, Bakı
Anlaşmalı

Hava Limanı Əməliyyatları İdarəsi/ Komendant

Kontrol edildiBugün
Şehir
Bakı
Kategori
Diğer
Tarih
Görüntülenme
2
Numara
№6087202

Açıklama

Təhkim edilmiş aeroport ərazisində yerləşən inzibati, xidməti və yardımçı binaların, otaqların və ümumi istifadə sahələrinin təmizliyinə, sanitariya-gigiyena vəziyyətinə nəzarət etmək;Təhkim edilmiş ərazidə mütəmadi baxışlar keçirmək, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək;Bina və otaqların təsərrüfat təminatını təşkil etmək, əməkdaşlar üçün normal əmək şəraitinin yaradılmasına nəzarət etmək;Təhkim edilmiş ərazidə yerləşən mebel, inventar və digər maddi-texniki vasitələrin qorunmasını və düzgün istifadəsini təmin etmək;Təmizlik və təsərrüfat işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;Yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;Müvafiq işlərin təşkili və aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;Təhkim edilmiş ərazidə görülmüş işlər və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərinə mütəmadi məlumat vermək. Tələblər: Təsərrüfat, inzibati idarəetmə və ya müvafiq sahələr üzrə iş təcrübəsi;Təsərrüfat və texniki xidmət proseslərinin planlaşdırılması, təşkili və icrasına nəzarət bacarığı;İşçilərin fəaliyyətinin koordinasiyası və iş bölgüsünün düzgün təşkili bacarığı;Yaranan problemləri operativ müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları tapmaq qabiliyyəti;Təşəbbüskarlıq, çevik qərarvermə və yüksək məsuliyyətlilik. İş rejimi: Növbəli;İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-hava-limani-emeliyyatlari-idaresi-komendant-11691990/apply
REKLAM