№6282013·Görüntülenme: 12
Biləsuvar rayonunda, Bakı–Şuşa magistral yolunun kənarında, avtomobil hərəkətinin ən intensiv olduğu strateji ərazidə yerləşən unikal “Qartal” dizaynlı yanacaqdoldurma məntəqəsi satılır.
Obyekt 6 sot torpaq sahəsində yerləşir. Vaxtilə ən keyfiyyətli materiallardan, xüsusi və diqqətçəkən “Qartal” dizaynında inşa edilib. Satışa həm yanacaqdoldurma məntəqəsi (YDM), həm də daxilində yeni qurulmuş qazdoldurma (LPG) məntəqəsi daxildir.
Müasir standartlara uyğun tikilmiş obyekt genişləndirilmə potensialına malikdir. Görünüşü səliqəlidir və uzaqdan diqqəti cəlb edir.
Obyekt 2 ildən artıqdır fəaliyyət göstərmir. Yenidən istifadəyə verilməsi üçün restavrasiya və kosmetik yenilənmə tələb olunur.
Satılma səbəbi: Sahibinin obyekti işlətmək üçün lazımi sərmayəsinin olmaması və təcili pul ehtiyacı səbəbindən satışa çıxarılıb. Bu səbəbdən obyekt real dəyərindən qat-qat aşağı qiymətə təklif olunur.
Magistral yolun kənarında yerləşməsi böyük biznes qurmaq və investisiya yatırmaq istəyənlər üçün əlverişli fürsətdir. Real alıcıya qiymətdə endirim olunacaq.
Ofis haqqı 1%-dir. Kod: 02-2027
© Murad Abdurahmanov · evv.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.