Prayk
Hüquqşünas — Hüquq
Anlaşmalı

Hüquqşünas

Kontrol edildi1 hafta önce
Kategori
Hukuk
Tarih
Görüntülenme
25
Numara
№3568210

Açıklama

Komandamıza hüquqi bilikləri güclü, analitik düşüncəli və peşəkar Hüquqşünas axtarırıq. Vəzifə öhdəlikləri Şirkətin hüquqi fəaliyyətinin təmin edilməsi; Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması; Əmək, mülki, kommersiya və digər hüquqi məsələlər üzrə hüquqi dəstəyin göstərilməsi; Şirkətin hüquq və qanuni maraqlarının qorunması; Rəsmi məktubların, ərizələrin, sorğuların və digər hüquqi sənədlərin hazırlanması; Dövlət qurumları və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaların aparılması; Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması; Gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı hüquqi məsələlərin araşdırılması; Hüquqi risklərin müəyyənləşdirilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi. Tələblər Hüquq üzrə ali təhsil; Hüquqşünas vəzifəsində ən az 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilmək; Müqavilə hüququ və əmək qanunvericiliyi üzrə biliklər; Hüquqi sənədlərin hazırlanması və təhlili bacarığı; Analitik düşüncə və yüksək məsuliyyətlilik; Azərbaycan dili səlis ,rus və ingilis dil biliyi üstünlükdür. MS Office proqramlarında işləmək bacarığı. Prokurorluq orqanlarında işləmiş və təqaüdə çıxmış namizədlərə üstünlük veriləcəkdir. İş şəraiti İş yeri: Bakı şəhəri İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində “Hüquqşünas” qeyd etməyiniz xahiş olunur. Son müraciət tarixi: 01.11.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Zarat Import Export jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM