Elmlər Akademiyası metrostansiyasının çıxışında, Bakı Dövlət Universitetinin yaxınlığında, insanların və tələbələrin sıx hərəkət etdiyi, yüksək piyada axınına malik ərazidə yerləşən obyekt hazır biznes kimi satışa təqdim olunur.
Obyekt yeni tikili binanın birinci mərtəbəsində yerləşir və ümumi sahəsi 65 kv.m təşkil edir. Tam təmirli olan obyekt geniş, yola baxan vitraj pəncərəsi sayəsində diqqətçəkən və işıqlı məkana malikdir. Daxilində geniş zal, ayrıca mətbəx və sanitar qovşaq mövcuddur.
Obyekt bütün zəruri əşyalar və avadanlıqlarla təmin olunub. Satış zamanı fotolarda gördüyünüz bütün əşyalar obyektdə qalacaq və biznes hazır vəziyyətdə yeni sahibinə təhvil veriləcək. Bu, əlavə təmirə və avadanlıq alınmasına vaxt itirmədən fəaliyyətə başlamaq istəyənlər üçün əlverişli fürsətdir.
Ərazinin tələbələr, universitet əməkdaşları və şəhər sakinləri tərəfindən intensiv istifadə olunması biznesin inkişafı üçün geniş imkanlar yaradır. Mövcud təyinatından asılı olaraq kafe, kofeşop, fast-food, şirniyyat evi və digər xidmət sahələri üçün uyğun seçimdir.
. Ofis haqqı 30% təşkil edir.
© Şamil bey · bina.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.