Prayk

İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin dəstəyi üzrə mütəxəssis (İnformation security GRC Specialist)

Anlaşmalı
Kontrol edildi2 hafta önce
Tarih
Numara
№2220178

Açıklama

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya təhlükəsizliyi idarəetmə sisteminin dəstəyi üzrə mütəxəssis (“İnformation security GRC Specialist”) Vəzifəyə olan tələblər: Ali təhsil; İnformasiya təhlükəsizliyi və ya GRC sahəsində minimum 1 il iş təcrübəsi; Risklərin idarə edilməsi və auditlərin aparılması üzrə iş təcrübəsi; Beynəlxalq İnformasiya təhlükəsizliyi sahəsində standartlar, təcrübələr haqqında biliklərin olması; İnformasiya təhlükəsizliyi sahəsində mütəmadi inkişaf etmək, öyrənmək istəyi; Sənədləşmə işlərin aparılması, siyasət, prosedur, korporativ standartların layihələndirməsi və yazılması üzrə iş təçrübəsi; Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair biliklər və bu biliklərinin artırması üzrə bacarıqlar; Təhlil bacarıqları, məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik; ISO/IEC 27000, ISO/IEC 20000, PCI standartlar ailələri üzrə biliklər; Yuxarıda qeyd olunmuş standartların implementatsiyası üzrə iş təcrübəsi və ya auditində iştirak arzuolunandır. Vəzifə öhdəlikləri: Şirkətdə mövcud İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin (“ITİS”) beynəlxalq standartlarına(PCI DSS, 3DS, PIN Security, ISO 27000) uyğun olaraq qurulmasında, təkmilləşdirməsində dəstək; Korporativ “ITİS” sisteminin standartlara uyğunluluq səviyyəsinin monitorinqi, o cümlədən “ITİS”-in tərkibi və dəstəkləyici sənədlərin yaradılması, aktuallığının təmin edilməsi; “ITİS” sisteminin digər struktur bölmələrinin idarəetmə sistemləri ilə, o cümlədən “ITSM – IT Service Management” sistemi ilə inteqrasiya və qarmonizasiyanın təmin edilməsi; İnformasiya təhlükəjsizliyi üzrə tələblərin (siyasət, prosedur, qaydalar və s.) icrasına və standartların tətbiqinə nəzarət; Daxili və xarici, o cümlədən komplayens, sertifikasiya, re-sertifikasiya və nəzarət auditlərində iştirak; Təhlükəsizlik Departamentinin proseslərinin sənədləşdirməsinin təmin edilməsi; Şirkətdə informasiya təhlükəsizliyi üzrə maarifləndərimə proqramının dəstəyi, təkmilləşdirməsi; Maarifləndirmə üzrə tətbirlərinin planalşdırma və həyata keçirilməsi; İnformasiya təhlükəsizliyi üzrə biliklər bazasının aparılması üzrə dəstək. Namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. Son müraciət tarixi: 14.10.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© Azericard jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.