
Bakı2
İnşaat Mühəndisi
İnşaat Mühəndisi
Anlaşmalı
Kontrol edildiDün
ŞehirBakı
Tarih
Görüntülenme2
Numara№4888386
Açıklama
Namizədə aid tələblər:
Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
Minimum 2 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
AutoCAD bilikləri
Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
Vəzifə öhdəlikləri:
Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin Sahədə Sifarişçi/Nəzarətçi ilə gündəlik koordinasiya, iclaslarda iştirak, razılaşdırılmış qərarların icrasına nəzarət
Şirkətin sahə işçiləri/briqadaların işinin təşkili, tapşırıqların bölgüsü və icraya nəzarət
Layihə sənədləri və çertyojlara əsasən işlərin icrasının yoxlanması; ölçülərin götürülməsi və görülmüş iş həcmlərinin təsdiqi
Layihənin vaxt qrafikinə uyğun icrasına nəzarət; gecikmə risklərini müəyyən edib tədbir planı hazırlamaq və rəhbərliyə təqdim etmək
Material planı və sərfiyyatı: material ehtiyacının planlanması üçün texniki ofisə məlumat ötürmək, sahədə materialların qəbul/yoxlanması, sərfiyyatın izlənməsi
Texniki ofisə operativ məlumat axını: gündəlik/həftəlik progress məlumatı, foto-hesabatlar, ölçü cədvəlləri və icra qeydləri
Sənədləşdirmə: iş jurnalları, icra aktları, yoxlama sənədləri, təhvil toplanması və sistemləşdirilməsi
Keyfiyyət və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət (daxili prosedurlar/HSE ilə koordinasiya)
İş şəraiti:
İş rejimi: Həftə içi 6 gün
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı: Müsahibə əsnasında təyin ediləcək
Yalniz tələblərə uyğun namizədlərin CV-ləri Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərməyiniz xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199784/insaat-muhendisi
REKLAM






