
2
İnsan Resursları (HR) üzrə mütəxəssis
İnsan Resursları (HR) üzrə mütəxəssis
900 ₼
Kontrol edildi2 gün önce
Tarih
Görüntülenme2
Numara№4834449
Açıklama
Əsas vəzifə öhdəlikləri:
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
ƏMAS sistemində dəyişikliklərin edilməsi;
Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi);
Aylıq iş vaxtının uçot tabelinin hazırlanması;
Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması;
Vəzifə təlimatlarının yazılması;
Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;
Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi.
Namizədə tələblər:
Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
MS Office proqramlarını sərbəst istifadə bacarığı;
İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi;
Yaş həddi: 25–30;
Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı.
İş şərtləri:
09:00–18:00 / 5 günlük iş həftəsi;
İstirahət günləri: şənbə və bazar günü;
Əmək haqqı: 900–1000 AZN;
İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 900 AZN
Son müraciət tarixi: 19.11.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Istanbul Teknik jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM










