Prayk
İnsan resursları üzrə aparıcı mütəxəssis — Təhsil və elm, Bakı
Anlaşmalı

İnsan resursları üzrə aparıcı mütəxəssis

Kontrol edildiDün
Şehir
Bakı
Tarih
Görüntülenme
5
Numara
№5633565

Açıklama

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir. Komandamıza qoşulacaq, analitik düşüncəyə, təşəbbüskarlığa və proseslərin təkmilləşdirilməsinə yönəlmiş yanaşmaya malik İnsan Resursları üzrə Aparıcı Mütəxəssis axtarırıq. Bu vəzifədə əsas məqsəd insan resursları əməliyyatlarının effektiv və qanunvericiliyə uyğun idarə olunmasını təmin etməklə yanaşı, mövcud proseslərin təhlili, optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təşəbbüslər irəli sürməkdir. İşə qəbul, işdən azad olunma, əmək müqavilələrinin rəsmiləşdirilməsi, sosial və icbari sığorta, eləcə də e-gov platformaları üzrə İnsan resursları əməliyyatlarının qanunvericiliyə uyğun və vaxtında həyata keçirilməsi;Əməkdaşların şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və məlumatların mütəmadi aktuallaşdırılmasının təmin edilməsi;Əmək müqavilələrinin, əmrlərin, arayışların və digər İnsan resursları sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və müvafiq dəyişikliklərin şirkətin İnsan resursları proseslərinə tətbiqinin təmin edilməsi;İnsan resursları əməliyyatları və inzibati proseslər üzrə mövcud prosedurların təhlili, hazırlanması, yenilənməsi və standartlaşdırılması;Mövcud İnsan resursları proseslərində səmərəsizliklərin və təkmilləşdirmə imkanlarının müəyyən edilməsi, optimallaşdırma və avtomatlaşdırma üzrə təşəbbüslərin irəli sürülməsi;Şirkətdaxili ERP və İnsan resursları sistemlərindən istifadənin effektivliyinin artırılması, sistemlərin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflərin hazırlanması;İş proseslərinin səmərəliliyini artırmaq məqsədilə məlumatların vizuallaşdırılması və hesabatlılıq alətlərindən istifadə edilməsi; Tələblər: Biznes, İqtisadiyyat, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr təhsili;Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;İnsan resursları əməliyyatları sahəsində minimum 3-4 il iş təcrübəsi;Çox yaxşı səviyyədə 1C, Power BI və Excel bilik və bacarıqları;İnsan resursları əməliyyatlarının və sənədləşmə proseslərinin idarə olunması üzrə praktiki təcrübə;Əmək qanunvericiliyindəki dəyişiklikləri izləmək və tətbiq etmək bacarığı;Analitik düşüncə, təşəbbüskarlıq, problem həll etmə və proseslərin təkmilləşdirilməsi bacarığı;Məsuliyyətlilik, detallara diqqət və məxfilik prinsiplərinə riayət;Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək. Vakansiya növü: Tam ştat Şirkət: Guven Technology LLC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/gtc/gtc-insan-resurslari-uzre-aparici-mutexessis-30195682/apply
REKLAM