
8
İnsan resursları üzrə mütəxəssis

Anlaşmalı
İnsan resursları üzrə mütəxəssis
Kontrol edildi2 gün önce
Tarih
Görüntülenme8
Numara№4468429
Açıklama
“Absheron Hospitality Group” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması;
İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;
Vəzifə üzrə əsas tələblər:
Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması;
Effektiv ünsiyyət və təqdimat bacarığının olması;
Komanda ilə işləmək bacarığının olması;
Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
İngilis dili biliyinin olması;
Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;
Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 12.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/absheron-hospitality-group-mmc-insan-resurslari-uzre-mutexessis-153577
REKLAM














