№6317473·Görüntülenme: 11
Sürətlə böyüyən CoffeeLea qəhvə evləri şəbəkəsi komandasına peşəkar və dinamik İnsan Resursları üzrə mütəxəssis axtarır.
İş şəraiti və təminatlar:
İş qrafiki: 5 günlük iş həftəsi
Nahar: Şirkət tərəfindən təmin olunur
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir
Şəhər - Bakı
Vəzifə öhdəlikləri:
Kargüzarlıq və ƏMAS əməliyyatları:Əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin ƏMAS sisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icrası.
Şəxsi işlərin idarə edilməsi: İşçilərin şəxsi işlərinin formalaşdırılması, dəyişikliklərin mütəmadi qeydiyyatı və məlumat bazasının yenilənməsi.
İşə qəbul: Yeni kadrların aktiv şəkildə axtarılması, uyğun namizədlərin vakansiyalar üzrə cəlb edilməsi, müsahibə və görüşlərin təşkili.
Uçot və monitorinq: Məzuniyyət təqviminin hazırlanması və monitorinqi, əməkhaqqı sənədlərinin (tabel, məzuniyyət cədvəlləri və s.) tərtibi.
Daxili nəzarət: İşçilərin giriş-çıxışına xüsusi proqram vasitəsilə nəzarət edilməsi və uyğunsuzluqların birbaşa rəhbərliyə bildirilməsi.
Hesabatlılıq: Fəaliyyətlə bağlı hesabatların HR direktora təqdim edilməsi və qanunvericiliyin tələblərinə uyğun digər sənədlərin hazırlanması.
Namizədə tələblər:
Təhsil: Ali təhsil
Təcrübə: İR və kadr əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi
Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
Rus dili biliyi mütləqdir
Şəxsi keyfiyyətlər: Punktual, məsuliyyətli, vaxtın idarə edilməsi, təşkilatçılıq, aktiv dinləmə və problemləri həlletmə bacarıqları.
Maraqlanan namizədlərdən öz CV-lərini "Müraciət et" düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Məktubun mövzu (subject) hissəsində "İnsan Resursları üzrə mütəxəssis" yazılması mütləqdir.
Əlaqə nömrəsi 0102414264 Lalə xanım
Son müraciət tarixi: 23.12.2026
© CoffeeLea · jobsearch.az · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.