№6070735·Görüntülenme: 17
Namizədə olan tələblər:Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);İnsan resursları sahəsində təcrübə minimum 5 il;AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı;Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür;Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli.Vəzifə öhdəlikləri:Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək;İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək;İşə qəbul proseslərində şirkət adından rəy vermək;Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq;Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək;Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək;Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək;Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq;Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək;İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək;Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq;Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək;Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək;Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək;İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq;Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək.İş şərtlərimiz:İş qrafiki: Tam iş günü (5 gün);İş saatları: 08:30-17:30;Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1.Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.