Prayk
İşlək Tərcümə Mərkəzi satılır — Hazır biznes, Bakı
35 000 ₼

İşlək Tərcümə Mərkəzi satılır

Kontrol edildiİkinci elBugün
ŞehirBakı

№6306586·Görüntülenme: 13

Açıklama

Azərbaycanın ən öndə gedən, tanınmış tərcümə mərkəzlərindən biri dəyərindən ucuz qiymətə satılır. Satış səbəbi sahibinin xaricdə başqa biznesə yatırım etməsidir. Aktiv işləyən şirkətdir, 70-ə yaxın Korparativ müştəri ilə müqaviləmiz var, ölkənin bir çox iri şirkətləri və dövlət qurumları ilə uzun müddətdir uğurlu əməkdaşlıq edirik. Biznesə daxildir: Həm yerli, həm xarici tərcüməçilərdən ibarət böyük bir aktiv tərcüməçi bazası. Müxtəlif sahələrə və şirkətlətə aid minlərlə terminin yığıldığı terminlər bazası. Bütün müştərilərə, sahələrə, tərcümə mövzularına aid fərqli tərcümə olunmuş mətnlərdən ibarət xüsusi sistemdə yığılmış tərcümə yaddaşları. Bu bazaların sayəsində biz hər müştərinin öz dəqiq stilistikasını həmişə qoruyub saxlayırıq, və bu da bizim əsas üstünlüklərimizdən biridir. Stol-stullar, noutbuklar, ofis avadanlığı və s. Ofis münasib qiymətə icarədədir. Şirkətin satış qiyməti 55000 AZN-dir. Bu ilin ilk 5 ayında bütün xərclərdən və vergilərdən sonra təmiz qazanc 25000 AZN (ayda təxmini 5000 azn) olub, bu hələ yeni tenderlər nəzərə alınmadan. Yəni qoyulan pulu 1 ildən də tez çıxardacaq, ondan sonra ömür boyu rahat işləyən biznesdir. 3 notariusla aktiv əməkdaşlıq edirik, yalnız bizdə müştəri sənədi notariusa apardıqda 1 saat ərzində sənədi tərcümə və təsdiq olunur, bunu heç bir başqa tərcümə mərkəzi etmir. Fəaliyyətimiz boyu müştəri məmnuniyyəti bizim ən əsas prinsipimiz olub, ona görə də böyük təkrar müştəri bazamız var. Şirkətin işi tam sistemli şəkildə qurulduğu üçün rəhbərliyin işlərdə minimal iştirakı kifayət edir. Hər bir şey onlayndır, real vaxt rejimində hansı tərcüməçilərin nə tərcümə etdiyi, hətta bu dəqiqə hansı sözü kompüterində çap etdiyi belə görünür. Ofisdəki müştəri və tərcüməçilərlə işləyən menecerin də işinə ofisə getmədən onlayn nəzarət olunur. Buna görə alan adamın işin üstündə durub bütün vaxtını sərf eləməyinə ehtiyac yoxdur. Bütün göstəricilər, metrikalar, hər şey sistemləşib, daxil olan sifariş dərhal yazılır və rəhbər onu ofisdən kənarda izləyə bilir. Yəni bu iş üstündə dayanmalı olduğunuz əlavə iş deyil, aylıq kifayət qədər yaxşı pul gətirən qurulmuş sistemdir. Şirkət uzun illərdir həm tərcüməçilik sahəsində, həm müştərilər arasında etibarlı və nüfuzlu şirkət kimi tanınır. Alan adama bütün iş tam öyrədiləcək. Satış səbəbi sahibinin xaricdə başqa işə yatırım etməsidir, ona görə də barter və ya hissə-hissə ödəniş maraqlandırmır. Xahiş edirəm yalnız ciddi şəxslər əlaqə saxlasın, şirkətin adı ancaq real alıcıya açıqlanacaq. Bir daha qeyd edim ki, bu iş bütün günü üstündə dayanıb vaxt sərf eləməyi tələb etmir. Xahiş edirəm WhatsApp ilə əlaqə saxlayasınız. Yeni: Xeyr

İlanın kaynağı

Orijinal ilanı aç

© Cəmil elimyandi.com · İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM