
Bakı21
IT Biznes Analitik
IT Biznes Analitik
2 000 ₼
Kontrol edildi5 gün önce
Açıklama
Vəzifə öhdəlikləri:
Dövlət əhəmiyyətli informasiya sistemlərinin proqram təminatının hazırlanması və inkişaf etdirilməsi;
Biznes istifadəçiləri ilə davamlı kommunikasiyada olaraq tələblərin toplanması və təhlil edilməsi;
Biznes proseslərinin auditi, optimallaşdırılması və BPMN formatında modelləşdirilməsi;
BRD və texniki tapşırıq sənədlərinin hazırlanması;
Layihə üçün funksional və qeyri-funksional tələblərin müəyyənləşdirilməsi;
Proqramlaşdırma komandası üçün "User Story" və "Acceptance Criteria"-ların yazılması və izah edilməsi;
Hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanılması prosesində iştirak;
ClickUp üzərindən tapşırıqların izlənməsi və layihə sənədlərinin mütəmadi yenilənməsi;
Namizədə tələblər:
IT Biznes Analitika sahəsində minimum 2 il iş təcrübəsi (IT layihələri üzrə təcrübə mütləqdir);
Tələblərin toplanması və sənədləşdirilməsi (BRD, Funksional/Qeyri-funksional tələblər, User Story və Acceptance Criteria hazırlama bacarığı);
Biznes proseslərinin təhlili və BPMN ilə diaqramların qurulması;
Agile/Scrum metodologiyası üzrə anlayış;
API inteqrasiya prinsipləri, REST API, Postman və Swagger ilə ilkin işləmə bacarığı;
SQL mühitində (DBeaver və s.) məlumat bazası ilə iş təcrübəsi;
Güclü analitik düşünmə, müstəqil qərarvermə və komanda ilə effektiv işləmə bacarığı.
İş şəraiti:
Həftəlik tam iş qrafiki;
Əmək haqqı: 2000 AZN
E-mail: [email protected]
Müraciət: https://forms.gle/PWbFE7ToWX1WADhE8
REKLAM











