
3
Junior Project Manager / Delivery Manager
Junior Project Manager / Delivery Manager
Anlaşmalı
Kontrol edildiBugün
Tarih
Görüntülenme3
Numara№5924855
Açıklama
Kontakt Home komandamıza peşəkar komanda üzvü axtarırıq.
Vəzifə öhdəlikləri:
Veb və mobil qruplar üzrə tapşırıqların statuslarının Jira-da monitorinq edilməsi;
Tapşırıq izləmə sistemində statusların, müddətlərin və icraçıların aktuallığına nəzarət edilməsi;
Rəhbər üçün tapşırıqların statusu barədə müntəzəm hesabatların hazırlanması;
Rəhbərin tapşırığı ilə komandaların koordinasiyası: qarşılıqlı əlaqənin təşkili, razılaşmaların icrasına nəzarət edilməsi;
Xarici podratçı komandası ilə kommunikasiya: statusların və müddətlərin sorğulanması;
Hesabatlar və təqdimatlar üçün məlumatların toplanması və hazırlanması;
Rəhbərin maneələr və risklər barədə vaxtında məlumatlandırılması;
Görüşlərin təşkili, protokolların aparılması, nəticələrin göndərilməsi.
Namizədə tələblər:
Tələblər Azərbaycan və rus dillərini sərbəst bilmək (şifahi və yazılı);
IT sahəsində ən azı 6 ay iş təcrübəsi: koordinator, assistent, QA, analitik və ya layihə komandasında təcrübəçi;
Proqram təminatının hazırlanması prosesini anlamaq: tapşırıqların qoyulması, testləşdirmə, relizlər. Jira və ya analoji tapşırıq izləmə sistemi ilə iş təcrübəsi;
Excel və ya Google Sheets proqramlarını inamla bilmək;
Savadlı yazılı nitq;
Mütəşəkkillik, detallara diqqət, müddətlərə riayət;
İşgüzar ünsiyyət bacarığı;
Üstünlük hesab olunur Layihə idarəetməsi üzrə ixtisaslaşmış təhsil və ya kurslar da iştirak edən namizədlər;
Scrum və Kanban metodologiyalarını bilmək;
Elektron ticarət və ya mobil tətbiq hazırlanması sahəsində təcrübə.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar.
İş şəraiti:
İş yeri: Bakı;
İş qrafiki: 5 günlük - (09:00-18:00).
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 13.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Kontakt Home jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM











