
9
Junior Quantity Surveyor (Kiçik həcm və dəyər üzrə mühəndis)

Anlaşmalı
Junior Quantity Surveyor (Kiçik həcm və dəyər üzrə mühəndis)
Kontrol edildiDün
Tarih
Görüntülenme9
Numara№5936057
Açıklama
Əsas vəzifə və öhdəliklər:
Layihələr üzrə iş həcmlərinin hesablanması və müəyyənləşdirilməsində iştirak etmək;
Layihə çertyojları, texniki spesifikasiyalar və layihə sənədlərini təhlil etmək;
BOQ (Bill of Quantities) sənədlərinin hazırlanmasına və yenilənməsinə dəstək göstərmək;
Tikinti və quraşdırma işləri üzrə material və iş həcmlərinin hesablanmasını həyata keçirmək;
Müqavilə və layihə sənədlərinə uyğun olaraq faktiki yerinə yetirilmiş iş həcmlərini yoxlamaq;
Material və digər layihə xərclərinin hesablanmasında iştirak etmək;
Büdcə və smeta sənədlərinin hazırlanmasına dəstək göstərmək;
Layihə üzrə əlavə və dəyişikliklərin (Variation Orders) qiymətləndirilməsində iştirak etmək;
Görülmüş işlərin həcmləri üzrə hesabatların hazırlanmasını təmin etmək;
Layihə, satınalma və müqavilə komandaları ilə koordinasiyalı işləmək.
Namizədə dair tələblər:
İnşaat mühəndisliyi, tikinti, mexanika və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə 0–2 il iş təcrübəsi;
Tikinti çertyojlarını oxumaq və texniki sənədlərlə işləmək bacarığı;
MS Excel proqramı üzrə yaxşı biliklər;
BOQ, iş həcmlərinin hesablanması və smeta tərtibi üzrə ilkin biliklər;
AutoCAD proqramı üzrə biliklər arzuolunandır;
Dəqiqlik, analitik düşünmə və hesablama bacarığı;
Komandada işləmək və məsuliyyətlilik;
İngilis dili biliyi vacibdir;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq və ya CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected]
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/pmis-mmc-junior-quantity-surveyor-kicik-hecm-ve-deyer-uzre-muhendis-156113
REKLAM












