“Hermes-S” MMC “Keyfiyyətə nəzarət üzrə mühəndis” vakansiyası elan edir
İş şəraiti
İş yeri: Ağdam şəhəri
İş rejimi: 6 günlük iş qrafiki
Əmək haqqı: Müsahibə əsasında təyin edilir.
Qidalanma və yaşayış: Şirkət tərəfindən təmin edilir.
Namizədə tələblər:
Bəy namizəd
Müvafiq sahə və ya inşaat mühəndisliyi üzrə bakalavr təhsili;
Tikinti sahəsində minimum 3 il iş təcrübəsi;
Tikinti norma və qaydaları, texniki standartlar və keyfiyyətə nəzarət prosedurları üzrə biliklər;
Layihə, işçi çertyojları və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
Tikinti materiallarının keyfiyyət göstəriciləri və sertifikatları barədə məlumatlı olmaq;
MS Office proqramları ilə işləmək bacarığı;
Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Vəzifə və öhdəliklər:
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə sənədlərinə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun yerinə yetirilməsinə nəzarət etmək;
Tikinti sahəsində həyata keçirilən işlərin keyfiyyətini mütəmadi yoxlamaq və qiymətləndirmək;
İstifadə olunan tikinti materiallarının, konstruksiyaların və avadanlıqların keyfiyyət göstəricilərini, sertifikatlarını və texniki pasportlarını yoxlamaq;
Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq, uyğunsuzluqlar aşkar edildikdə müvafiq tədbirlər görmək;
Beton, armatur, hörgü, suvaq, döşəmə, dam örtüyü, hidroizolyasiya və digər tikinti işlərinin keyfiyyətinə nəzarət etmək;
Beton tökmə, armatur quraşdırılması və digər məsuliyyətli tikinti mərhələlərində işlərin texniki tələblərə uyğun icrasını yoxlamaq;
Görülmüş işlərin ölçülərini, həndəsi göstəricilərini və layihəyə uyğunluğunu yoxlamaq;
Gizli işlərin və aralıq mərhələlərin keyfiyyət yoxlamalarında iştirak etmək, müvafiq aktların hazırlanmasını təmin etmək;
Aşkar edilmiş qüsur, çatışmazlıq və texniki uyğunsuzluqları qeydə almaq, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini tələb etmək;
Keyfiyyət tələblərinə cavab verməyən işlərin təkrar icrası və düzəldilməsi prosesinə nəzarət etmək;
Subpodratçı təşkilatlar tərəfindən görülən işlərin keyfiyyətini yoxlamaq və onların texniki tələblərə riayət etməsinə nəzarət etmək;
Tikinti işlərinin növbəti mərhələyə keçirilməsindən əvvəl əvvəlki mərhələnin keyfiyyət göstəricilərini yoxlamaq;
Laboratoriya sınaqlarının və material yoxlamalarının nəticələrini təhlil etmək, nəticələrin normativ tələblərə uyğunluğunu qiymətləndirmək;
Keyfiyyətə nəzarət üzrə gündəlik və dövri hesabatlar, yoxlama aktları və digər texniki sənədləri hazırlamaq;
İcra sənədlərinin, keyfiyyət sertifikatlarının və materiallara dair texniki sənədlərin düzgün tərtib olunmasına nəzarət etmək;
Layihə rəhbərliyi, sahə rəisləri, iş icraçıları və digər texniki heyətlə koordinasiyalı işləmək;
Tikinti prosesində keyfiyyətin yüksəldilməsi, qüsurların qarşısının alınması və işlərin normativ tələblərə uyğun təşkili ilə bağlı təkliflər vermək;
Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Keyfiyyətə nəzarət üzrə mühəndis" başlığı ilə göndərmələri xahiş olunur.
Qeyd: Vakansiya şərtləri ilə tam tanış olmayan, müvafiq sahə üzrə təhsili və üzrə iş təcrübəsi olmayan şəxslərdən müraciət etməmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/209274/keyfiyyete-nezaret-uzre-muhendis
REKLAM
Çerez kullanıyoruz Analitik yalnızca onayınızla; zorunlu çerezler her zaman etkindir.Gizlilik politikası