
Bakı2
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis
Anlaşmalı
Kontrol edildiDün
ŞehirBakı
Tarih
Görüntülenme2
Numara№5292594
Açıklama
Əsas vəzifə öhdəlikləri:
Məhsul və proseslərlə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması;
Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilinin aparılması;
Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) standartlarının tələbləri çərçivəsində qiymətləndirilməsi;
Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması;
Araşdırma prosesində təchizatçılar, istehsalçılar və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi;
Təkrarlanan problemlər üzrə profilaktik və qabaqlayıcı tədbirlərin təklif edilməsi;
Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar) sistemli şəkildə sənədləşdirilməsi;
Planlı aylıq yoxlamaların həyata keçirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər;
Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı;
MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı;
Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil(Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə);
Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində minimum 2 il iş təcrübəsi;
AQTA-da işləməsi üstünlükdür.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Ərazi.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/202117/keyfiyyete-nezaret-uzre-mutexessis
REKLAM













