
29
Keyfiyyətə nəzarət üzrə mütəxssis (Masazır və Sumqayıt)

Anlaşmalı
Keyfiyyətə nəzarət üzrə mütəxssis (Masazır və Sumqayıt)
Kontrol edildi1 hafta önce
Tarih
Görüntülenme29
Numara№5632554
Açıklama
Şirkət: Azərsun Holdinq MMC - Bakı şəhəri Masazır qəsəbəsi və Sumqayıt şəhərində yerləşən istehsalat müəssisələri
Tələblər:
Ali təhsil (Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə).
Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat sahəsində 2 il iş təcrübəsi.
MS Office, SAP və Microsoft Teams proqramlarında işləmək bacarığı.
Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
Yüksək analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı.
Qida təhlükəsizliyi, keyfiyyət idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri
İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata keçirmək.
Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət etmək.
Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin etmək.
Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
İstehsalat sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.
Anbar sahələrində temperatur, rütubət, paletləmə və təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və qeydləri hazırlamaq.
Növbə ərzində həyata keçirilən yoxlamalar və nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş yeri:
Bakı Qida və Yağ Fabriki MMC
Azərsun Kağız və Karton İstehsalat Korporasiyası
Azərbaycan Duz İstehsalat Birliyi MMC
İş şəraiti
İş Qrafiki: Növbəli (3 növbə)
Nəqliyyat dəstəyi mövcuddur
Nahar şirkət tərəfindən təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 05.12.2026
İlanın kaynağı
Orijinal ilanı aç© Azersun Holding jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.
Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.
REKLAM








