Prayk

Kiçik tender mütəxəssisi

Anlaşmalı
Kontrol edildi6 gün önce
Tarih
Görüntülenme
8
Numara
№5629050

Açıklama

Vəzifənin məqsədi Şirkətin tender və satınalma proseslərinin təşkili və sənədləşdirilməsinə dəstək göstərmək, potensial tenderlərin izlənməsi, tender sənədlərinin hazırlanması, təkliflərin koordinasiyası və məlumat bazasının yenilənməsi üzrə tapşırıqları rəhbərin nəzarəti altında icra etmək İşin təsviri Dövlət, özəl və beynəlxalq tender platformalarını müvafiq qaydada izləmək. Tender sənədlərini, texniki tələbləri və iştirak şərtlərini ilkin təhlil etmək, əsas məlumatları sistemləşdirmək. Texniki və kommersiya təkliflərinin, müqayisə cədvəllərinin və tender yazışmalarının hazırlanmasına dəstək göstərmək. Tender bazasına və vendor qeydiyyatı məlumatlarına nəzarət etmək, onları mütəmadi yeniləmək. Tender sənədlərinin müəyyən edilmiş formata uyğunluğunu və tamlığını yoxlamaq, tender prosesini izləmək. Tender prosesi zamanı aşkar edilən risklər və çatışmazlıqlar barədə rəhbəri məlumatlandırmaq. Təchizatçı bazasını yeniləmək, potensial yeni təchizatçıları araşdırmaq və müəyyən etmək. Tender nəticələrinin təhlili əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək. Satınalma planlarının və qrafiklərinin hazırlanmasında iştirak etmək. Həftəlik və aylıq hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək. Tələb olunan təhsil, təcrübə və bacarıqlar Ali təhsil; iqtisadiyyat, biznes, mühəndislik, hüquq və ya əlaqəli sahələr üzrə təhsil. Azərbaycan Respublikasının dövlət satınalmaları qanunvericiliyi üzrə biliklər. Beynəlxalq satınalmaların idarə edilməsi üzrə biliklər. Tender və ya satınalma sahəsində minimum 2 il iş təcrübəsi. Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları; rus dili biliyi üstünlükdür. Dəqiqlik, analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı. ERP sistemləri üzrə biliklər. İş şərtləri İş qrafiki: həftə içi 5 gün İş yeri: Bakı, Zahid Xəlilov küç. 576-cı məhəllə Məşğulluq növü: Tam ştat Biz təklif edirik Rəqabətli əmək haqqı Stabil və peşəkar iş mühiti Karyera və peşəkar inkişaf imkanları Əgər bizim vakansiya Sizə maraqlıdırsa Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına ümüraciət edə bilərsiniz. Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən tələblərə uyğun olan namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 05.12.2026

İlanın kaynağı

Orijinal ilanı aç

© AS İnşaat MMC jobsearch.az — İlanın metni, fotoğrafları ve diğer materyalleri hak sahiplerine aittir.

Metin, fiyat ve iletişim numarası kaynaktaki gibi korunur ve otomatik olarak eşitlenir. Prayk yalnızca ilanı daha fazla alıcıya gösterir, pazar analizi yapar, kaynağın ve ilanın güvenilirliğini kontrol eder ve fotoğraf analiziyle kopya ilanların önüne geçer. İlan sahibi veya hak sahibiyseniz, ilandaki telefon numarasıyla ilanı sahiplenebilir veya kaldırılmasını talep edebilirsiniz.

REKLAM
WhatsApp